Azərbaycanla Gürcüstan arasında kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarətində nəzarət prosedurlarının sadələşdirilməsinə xidmət edəcək sənədlərin imzalanması nəzərdə tutulur.
Modern.az xəbər verir ki, məsələ iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasında müzakirə edilib.
Bildirilib ki, iclas çərçivəsində bitki karantini və mühafizəsi, eləcə də baytarlıq sahələrində ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Həmin sənədlərin müvafiq nəzarət prosedurlarının sadələşdirilməsinə və kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarətinin artırılmasına xidmət edəcəyinə əminlik ifadə olunub.
İclasda aqrar sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu da vurğulanıb.

