Futbol üzrə Dünya Çempionatında 1/16 final mərhələsinin gedişində maraqlı hadisələr yaşanır.
Modern.az xəbər verir ki, Fransa millisinin İsveç üzərindəki 3:0 hesablı qələbə qazandığı oyunda qollardan ikisini Kilian Mbappe vurub.
Nəticədə Fransa millisinin hücumçusu bombardirlər siyahısında liderliyə yüksəlib.
Belə ki, hazırda onun hesabında 6 qol və 2 ötürmə var.
Argentina millisinin kapitanı Lionel Messi də 6 qol vurub. Amma onun qolla nəticələnmiş ötürməsi olmadığından 2-ci pillədə qərarlaşıb.
İlk “3-lük”də 5 qolla Norveç yığmasının hücumçusu Erlinq Holann da var.
Xatırladaq ki, Dünya Çempionatın sonunda ən çox qol vuran futbolçu “qızıl buts” mükafatına layiq görüləcək.
DÇ-2026-nın bombardirləri:
1. Kilian Mbappe (Fransa) – 6 qol, 2 ötürmə
2. Lionel Messi (Argentina) – 6 qol
3. Erlinq Holann (Norveç) – 5 qol
4. Usman Dembele (Fransa) – 4 qol, 2 ötürmə
5. Vinisius Junior (Braziliya) – 4 qol, 1 ötürmə