Modern.az

Buskets yenidən “Barselona”da 

Buskets yenidən “Barselona”da 

İdman

Bu gün, 19:18

“Barselona”nın əfsanəvi yarımmüdafiəçisi Serxio Buskets doğma klubuna qayıdıb.

Modern.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İspaniyalı keçmiş futbolçu “Barselona”nın əvəzedici komandasına baş məşqçi Xuliano Bellettinin köməkçisi kimi qoşulub. Gözlənilir ki, Buskets zəngin təcrübəsini və biliklərini klubun gənc futbolçularına ötürməklə yanaşı, paralel olaraq məşqçilik kurslarında iştirak edərək müvafiq lisenziya alacaq.

Xatırladaq ki, Buskets əsas komandadan ayrıldıqdan üç il sonra kluba qayıdıb. “Barselona”nın heyətində keçirdiyi 15 mövsüm ərzində o, 722 oyuna çıxıb və 32 titul qazanıb. Bunların arasında İspaniyanın 9 çempionluğu və 3 Çempionlar Liqası kuboku yer alır.

Kataloniya klubundan ayrıldıqdan sonra Buskets ABŞ-nin “İnter Mayami” klubuna keçmiş və orada iki mövsüm yarım çıxış etdikdən sonra peşəkar futbolçu karyerasını başa vurmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin şok planı üzə çıxdı - 32 ölkə qorxuya düşdü