Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

7 Noyabr 2024, 10:53

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,53 ABŞ dolları, yaxud 0,68 % azalıb.

Modern.az-ın məlumatına görə, beləliklə, Azərbaycan neftinin 1 barelinin qiyməti 77 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 74,92 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!