Modern.az

Azərbaycan nefti büdcə qiymətini xeyli üstələdi

Azərbaycan nefti büdcə qiymətini xeyli üstələdi

İqtisadiyyat

Bu gün, 09:40

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.

Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,49 ABŞ dolları və ya 0,51 faiz artaraq 96,85 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Xatırladaq ki, "Azeri Light" markalı neftin minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub.

Sizə yeni x var
Keçid et
Türkiyədən 2 ölkəyə MÜHARİBƏ ANONSU - Cavabımız ağır olacaq!