Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb.
Modern.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 0,05% artaraq 4 401,7 ABŞ dollarına yüksəlib.
Gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti isə 0,94% artıb. Nəticədə gümüşün bir unsiyası 64,1 ABŞ dollarına çatıb.