Modern.az

Azərbaycan manatı 34 yaşında: milli pulumuz necə buraxıldı... - TARİX

Azərbaycan manatı 34 yaşında: milli pulumuz necə buraxıldı... - TARİX

İqtisadiyyat

Bu gün, 09:50

15 Avqust - Azərbaycan manatının dövriyyəyə buraxıldığı günüdür.

Modern.az xəbər verir ki, bu gün Azərbaycanın milli valyutası - manatın 34 yaşı tamam olur

Milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb. Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.

Azərbaycan manatının hazırlanmasına mərhum eks-prezident Ayaz Mütəllibovun vaxtında başlanılıb.

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin vaxtında isə bu iş reallaşıb.

Ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 15 iyul tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub.

Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrda 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb.

Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü il 11 dekabr tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edilib və Azərbaycanın rubl zonasından çıxması təmin olunub.

1994-cü ildə 10 min manatlıq, 1996-cı ildə isə 50 min manatlıq əsginaslar çap etdirilərək dövriyyəyə buraxılıb.

2001-ci ildə 1000 manat dəyərində əsginas buraxılıb. 


Prezident İlham Əliyevin 2005-ci il fevralın 7-də imzaladığı “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçid reallaşıb.
Bunla əlaqədar 1 yeni manat (AZN) 5000 köhnə AZM-ə bərabər tutulub. AZM və AZN-in birgə 1 il ərzində - 2006-cı ildə dövriyyədə olub və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edilib.

Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət olub.

2018-ci il mayın 23-də isə yeni 200 manatlıq pul nişanı təqdim olunub. 

2026-cı ilin iyulunda Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını tədavülə buraxıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama