Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 63 milyard 511,3 milyon manat təşkil edib.
Modern.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artıb.