Modern.az

Nicat Abbasov bu gün 3-cü yer uğrunda OYNAYACAQ

Nicat Abbasov bu gün 3-cü yer uğrunda OYNAYACAQ

Mədəniyyət

22 Avqust 2023, 10:31

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda final və üçüncü yer uğrunda oyunlar başlayır.

Modern.az xəbər verir ki, bu gün finalda hindistanlı Rameşbabu Praqqnanandxa norveçli Maqnus Karlsenlə qarşılaşacaq.

Üçüncü yer uğrunda görüşdə isə Azərbaycan şahmatçısı Nicat Abasovla ABŞ təmsilçisi Fabiano Karuana üz-üzə gələcək. Üçüncülük uğrunda qarşılaşma saat 15:00-da başlayacaq.

Qeyd edək ki, cavab oyunları avqustun 24-də keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı