Modern.az

"Azərbaycanfilm" kinostudiyasında yoxlama APARILIR

"Azərbaycanfilm" kinostudiyasında yoxlama APARILIR

Mədəniyyət

11 Sentyabr 2023, 13:48

Hesablama Palatası Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yoxlama aparır.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, məlumatı Kinostudiyanın direktoru Nazim Hüseynov da təsdiq edib.

 

O bildirib ki, hazırda yoxlama prosesi davam etdirilir.

 

"Hələlik yekun heç nə deyə bilməyəcəyəm. Auditorlar maliyyə, təsərrüfat və digər sənədlər üzrə yoxlamalar həyata keçirir. Ümumiyyətlə, bu cür yoxlamalara mən müsbət yanaşıram. Hər bir iş gedən müəssisədə sözügedən formada yoxlamaların aparılması zəruridir", - direktor qeyd edib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində