Modern.az

“Avroviziya-2026”da II yarımfinal - Azərbaycan sabah çıxış edəcək - SİYAHI

“Avroviziya-2026”da II yarımfinal - Azərbaycan sabah çıxış edəcək - SİYAHI

Mədəniyyət

13 May 2026, 12:15

“Avroviziya-2026” mahnı müsabiqəsinin ikinci yarımfinalı 14 may 2026-cı il tarixində Vyanada keçiriləcək. Bu, cümə axşamı gününə təsadüf edir. Musiqi yarışı 16 min tamaşaçı tutumuna malik “Wiener Stadthalle” arenasında baş tutacaq.

Modern.az xəbər verir ki, ikinci yarımfinalda da 15 ölkənin nümayəndələri mübarizə aparacaq. Səsvermə hüququna bu yarımfinalda iştirak edən ölkələr, həmçinin Avstriya, Böyük Britaniya və Fransa malik olacaq. Bundan əlavə, yarışmada iştirak etməyən, lakin “Qalan dünya” adı altında birləşdirilən region da səs verəcək.
Qeyd edək ki, 14 mayda Azərbaycanı “Avroviziya 2026” müsabiqəsində JIVA (Cəmilə Həşimova) təmsil edəcək. Onun ifa edəcəyi mahnı “Just Go» adlanır.

İştirakçıların çıxış sırası belədir:

Bolqarıstan  

Azərbaycan

Rumıniya

Lüksemburq

Çexiya

Ermənistan

İsveçrə

Kipr

Latviya

Danimarka

Avstraliya

Ukrayna

Albaniya

Malta

Norveç

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ