Modern.az

Makronun "ağlını başından alan" iranlı aktrisa

Makronun "ağlını başından alan" iranlı aktrisa

Mədəniyyət

Bu gün, 11:48

Bir neçə ay öncə Fransa Prezidenti Emmanuel Makronun təyyarədən düşərkən həyat yoldaşı Bricit Makron tərəfindən onun üzünə sillə vurduğu videogörüntü ilə bağlı yeni iddia ortaya çıxıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, fransız jurnalistlər Makronun həyat yoldaşı tərəfindən sillələnməsinə səbəbin onun İran əsilli məşhur aktrisa Gülşiftə Fərəxani ilə sosial şəbəkə yazışmalarının üzə çıxması olduğunu iddia ediblər. Belə ki, Makron bir neçə ay aktrisa ilə telefonla yazışıb və ondan xoşlandığını etiraf edib.

Yayılan məlumatların doğruluğu təsdiqlənməsə də, Gülşiftə Fərəxani yenidən dünya mediasının diqqət mərkəzinə düşüb.

Bəs Makronun “ağlını başından alan”  bu aktrisa kimdir?

1983-cü ildə Tehran şəhərində anadan olan Gülşiftə Fərəxani İran kinosunun ən məşhur simalarından biri hesab olunur. O, aktyorluq fəaliyyətinə yeniyetmə yaşlarında başlayıb və qısa müddətdə ölkəsində böyük məşhurluq qazanıb.

Aktrisa daha sonra beynəlxalq layihələrdə çəkilməyə başlayıb və Hollivud kino sənayesində də tanınıb. O, xüsusilə “Yalanlar Bədəni” filmində məşhur aktyorlar Leonardo Di Kaprio və Rassel Krou ilə birgə rol alması ilə diqqət çəkib.

Fərəxani sonradan “Xilasetmə”, “Paterson” və “Karib dənizinin quldurları: Ölülər nağıl danışmır” kimi məşhur filmlərdə də rol alıb.

İran hakimiyyəti ilə yaşadığı fikir ayrılıqlarından sonra ölkəsini tərk edən aktrisa hazırda əsasən Paris şəhərində yaşayır. O, qadın hüquqları və azadlıqlarla bağlı çıxışları ilə də tez-tez gündəmə gəlir.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makronla bağlı yayılan iddialar rəsmi şəkildə təsdiqlənməyib və daha çox sosial şəbəkələrdə yayılan məlumat xarakteri daşıyır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?