Modern.az

Rasim Balayevin yerinə sədr bu məkanda seçiləcək

Rasim Balayevin yerinə sədr bu məkanda seçiləcək

Mədəniyyət

15 May 2026, 12:03

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) növbəti qurultayının keçiriləcəyi yer məlum olub. 

Bunu Modern.az-a açıqlamasında Əli İsa Cabbarov bildirib.

O qeyd edib ki, qurultay Landmark otelin Rotunda zalında 26 may saat 14:00 da keçiriləcək.

Tədbirə əlavə qonaq çağrılmayacaq:

"Tədbirdə ancaq üzvlərin iştirakı planlanır. Tədbir mətbuat üçün açıq olacaq".

Xatırladaq ki, 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik edən Xalq sədri Rasim Balayev 2026-cı il martın 29-da 77 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Bu səbəblə AKİ-nin sədirlik postuna yeni namizəd seçiləcək. 

Sədr postuna iki namizəd olduğu qeyd edilir. Onlardan biri 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri edən Xalq artisti Şəfiqə Məmmədova, digəri isə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarovdur. 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən 2 ölkəyə MÜHARİBƏ ANONSU - Cavabımız ağır olacaq!