Arxiv
18 Aprel 2016, 10:55 |
Azərbaycanda baş verən 9 ana ölümünə görə səbəblər AÇIQLANDI


“Bu il 9 ana ölümü baş verib”. Bu sözləri Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin baş həkimi  Sevinc Məmmədova deyib. O qeyd eidb ki, bütün faktlar Doğuşayardım Komissiyasında  araşdırılıb və ana ölümlərinin səbəbləri hamiləliyin  fəsadlaşması  kimi üzə çıxıb. 

“Ölən anaların 3-ü  Bakı  sakini, qalan 6-sı  bölgələr üzrədir. Qadınlarda hamiləlik  dövrünün ağır  keçirilməsi bir sıra səbəblərdən asıldır. Bu səbəblər  2 qrupa bölünür: Bir qrup səbəblər  hamiləlikdən öncə  qadında  mövcud olan xəstəliklərdir.  Məsələn, anadangəlmə ürək qüsurları,  böyrək çatışmamazlığı, müxtəlif  keçirilmiş infeksion xəstəliklər nəticəsində qaraciyər çatışmazlığı, anadan gəlmə  birləşdirici  toxumanın xəstəlikləri, bir sıra irsi qan xəstəlikləri, epilepsiya, vərəm.  Adətən bu qrup  xəstəliklər hamiləlikdən öndəki  dövrdə gizli keçir  və yalnız hamiləlik zamanı özünü biruzə  verir.  Hamilə qadınlar  bunu  hamiləliyin gedişi hesab edərək  həkimə müraciət  etmirlər. Xəstəlik  ağır dekompensasiya mərhələsinə  çatdıqda artıq gec  olur və çox vaxt hamilə qadına  yardım ləngiyir”.

Komissiyasının sədri qeyd edib ki, ikinci qrup səbəblər yalnız hamiləliklə əlaqəlidir  və  yalnız hamiləlik vaxtı  üzə  çıxır. 

“Məsələn , hamiləlik hipertenziyası,  hestasion diabet, hamiləlik  proteinuriyası, preeklampsiya, eklampsiya. Bu xəstəliklər vaxtında  araşdırılıb, yardım göstərildikdə  qadının həyatının xilas  etmək mümkündür.  Bu səbəbdən Respublikada mövcud  olan antenatal  qulluğa  dair tövsiyyələrdə hər bir hamilə ilk gündən  qadın  məsləhətxannasında  qeydiyyata düşməlidir, mütəmadi olaraq həkim nəzarətində  olmalıdır, vaxtı-vaxtında  müvafiq müayinələrdən keçməlidir”.

S.Məmmədova vurğulayıb ki, hər bir  normal hamiləlikdə  antenatal  qulluq  7 gəlişdən ibarətdir. “Lakin  müayinələr zamanı  hər hansı  bir patologiya  aşkarlanarsa, həkim müvafiq stasionara daha həcmli  və  dolğun müayinə  və  müalicə  məqsədi  ilə  göndəriş verərək  hospitalizasiya etməlidir. Araşdırma zamanı  məlum  olur ki,  hamilə qadınlar  və onların yaxınları  əksər hallarda  bundan imtina  edirlər və  nəticədə təəsüf ki,  bədbəxt hadisə  baş verir”. 

Aytən ZƏHRA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkəranda zəlzələ olub 16 İyun 2019, 10:42 “Azərbaycanda bəzi kəndlərdə oğlanlar evlənməyə qız tapmır” 16 İyun 2019, 10:38 Yeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndi 16 İyun 2019, 10:16 Türkiyəli media rəhbəri: “Ermənicə TV-nin açılmasına etirazımız düz deyil”   16 İyun 2019, 10:07 Ermənilər cəbhədə təxribatlara davam edir 16 İyun 2019, 09:55 Din tiryəkdirmi? 16 İyun 2019, 09:43 İsmayıllıda kafe YANDI 16 İyun 2019, 09:31 Qubada yol qəzası: Bir nəfər ölüb  16 İyun 2019, 09:19 Yüz illərin açılmayan kələfi... - Cümhuriyyət səfirinin FACİƏSİ 16 İyun 2019, 09:10 Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verir   16 İyun 2019, 09:05 İcra başçısı sakinlərin şikayətlərini dinlədi 16 İyun 2019, 09:03 Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaratdılar - FOTOLAR 16 İyun 2019, 08:56 Sumqayıtın 70 yaşına və ya mənim gənc şəhərim 16 İyun 2019, 08:49 Lotereyada 14.2 milyon uduldu 16 İyun 2019, 01:03 Ukrayna dünya çempionu oldu 16 İyun 2019, 00:47 VII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏR 16 İyun 2019, 00:26 İran Britaniya arasında diplomatik qalmaqal 15 İyun 2019, 23:54 25 “Taliban” silahlısı məhv edildi 15 İyun 2019, 23:32 Mikayıl Cabbarov prezident seçildi 15 İyun 2019, 23:13 Trampdan təhdid: Prezident seçilməsəm... 15 İyun 2019, 22:58 “Nə üçün sənin aliment borclarını biz ödəməliyik?” - Murad Köhnəqala 15 İyun 2019, 22:54 Qurban Qurbanovun oğlu “Qarabağ”ın əsas heyətində 15 İyun 2019, 22:39 Dövlət Baxçalıdan Elçibəy ailəsinə başsağlığı 15 İyun 2019, 22:20 Türkiyədə tayfa davası: 6 ölü 15 İyun 2019, 22:02 Fuad Abbasovla bağlı Rusiya ombudsmanına müraciət edildi 15 İyun 2019, 21:48 Slovakiyanın ilk qadın prezidenti and içdi 15 İyun 2019, 21:31 Bakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaq 15 İyun 2019, 21:14 Bakı Konqres Mərkəzində məzun gecəsi keçirildi - FOTOLAR 15 İyun 2019, 20:35 Yevlaxda "Jiquli" yük maşını ilə toqquşdu 15 İyun 2019, 20:19 “Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlər dayandırılmayacaq” - Tamar Çuqoşvili 15 İyun 2019, 20:03 Qubanın Töhmər kəndində 20 ildən çoxdur "Son zəng" çalınmır - FOTOLAR 15 İyun 2019, 17:41 İcra başçısı xalçaçılarla görüşdü 15 İyun 2019, 17:08 Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir” 15 İyun 2019, 16:45 Meral Akşener Elçibəyin xanımının vəfatı haqda:Tərifsiz bir üzüntüdür” 15 İyun 2019, 15:59 Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi 15 İyun 2019, 15:08