Arxiv
28 Aprel 2016, 10:16 |
Qarabağın Azərbaycanlı İcmasından ermənilərə müraciət - EKSKLÜZİV

“Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın rəhbəri Bayram Səfərov cəbhədə baş verən son hadisələrlə bağlı Modern.az saytına eksklüziv açıqlama verib.

Öncə Azərbaycan Ordusunun son qələbəsinə toxunan B.Səfərov qeyd edib ki, bu, tarixi hadisədir: “Bu hadisələr Ermənistana bir dərs oldu. Hamı bilməlidir ki, 1990-cı illərdə Azərbaycana öz torpaqlarını Ermənistan təcavüzündən qorumağa imkan verilməyib. O zaman SSR-də yaşayırdıq. Müstəqil deyildik. Hətta insanlardan ov silahları gerı alındı ki, öz torpaqlarımızı qoruya bilməyək. Demək istədiyim odur ki, düşmən tərəf bütün imkanlardan istifadə edib havadarlarının köməyi ilə bizi əli-qolu bağlı, əliyalın hala gətirmişdi.

İndi isə vəziyyət tam başqadır. Azərbaycan müstəqil dövlətdir. Xalıqın iradəsinə söykənib onu gələcəyə aparan İlham Əliyev kimi liderimiz, Ali Baş Komandanımız var. Azərbaycan Ordusu, Azərbaycan Xalqı Ali Baş Komandanımızla bir yerdədir, onu dəstəkləyir, ona inanır. Biz əminik ki, ümummilli liderimiz Heydər Əliyevin ideyalarını yüksək bacarıqla davam etdirən cənab Prezidentimiz Azərbaycan torpaqlarını işğaldan azad edən dövlət başçısı olaraq öz adını xalqımızın tarixinə qızıl həriflərlə yazdıracaq. Artıq bu, bir gerçəklikdir.

Bir məqama diqqət çəkmək istəyirəm, 1990-cı illərdəki Ermənistanla Azərbaycan arasındakı fərqi XXI əsrdəki Ermənistanla Azərbaycan arasında fərqlə müqayisə edin.  Elə cəbhədə baş verən son hadisələr bu fərqi ortaya çıxardı. Mənə elə gəlir ki, əlavə şərhə ehtiyac yoxdur”.

B.Səfərov mətbuatda yer alan “Hərbi əməliyyatlar zamanı icma fəallıq göstərmir” iddialarına da münasibət bildirib.

O, qeyd edib ki, Ali Baş Komandanın əmrinə bir nəfər kimi müntəzirdilər: “Biz icmayıq və Azərbaycan qanunlarına tabeyik.

Müdafiə məsələlərini Mudafiə Nazirliyi həyata keçirir.

Uzun illərdir ki, Ermənistan mövcud status-kvonun saxlanması üçün çalışır. Ancaq Azərbaycan buna imkan verə bilməz.

Son hadisələr bunu bir daha göstərdi. İllərdir ki, Ermənistana müraciət edirik ki, bizim torpaqları boşaltsınlar. Ancaq düşmən çağırışımıza cavab vermir. Biz təbii ki, onların mövcud status-kvonu qoruyub saxlamaq istəyi ilə razılaşa bilmərik.

Və həm Ermənistan, həm də bütün dünya bilməlidir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək gücündədir. Beynəlxalq hüquq da bizə bu addımı atmağa imkan verir”.

Modern.az vasitəsilə Qarabağdakı Azərbaycan vətəndaşları olan ermənilərə müraciət edən “Dağliq Qarabağın Azərbaycanlı İcması”nın rəhəbri deyib ki, ermənilər bilməlidirlər ki, hazırki Ermənistan hakimiyyəti öz xalqının, sadə ermənilərin düşmənidir:

“Bu gün Azərbaycan inkişaf edir. Azərbaycan gəncliyi dünya səviyyəsində öz sözünü deyir. Ermənistan isə tənəzzül edir. Ermənistan gəncliyi səfalət içindədir. Onlar imkan düşən kimi ölkəni tərk edirlər. Ermənistanın mövcud hakimiyyəti sadə erməniləri aldadır.

Biz Qarabağdakı Azərbaycan vətəndaşları olan ermənilərə müraciət edirik. Biz öz torpaqlarımıza qayıtmağa hazırlaşırıq. Onlar bilsinlər ki, 1992-ci ilə qədər Qarabağda yaşayan ermənilər və onların övladları ilə birgə yaşamağa hazırıq. Onlar Azərbaycan qanunları çərçivəsində, Azərbaycan bayrağı altında ölkəmizin vətəndaşı kimi Qarabağda yaşaya bilərlər. Sonradan süni şəkildə Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər isə gəldikləri yerə getsinlər”.

 Pərvin ARZUQIZI 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanın sədrliyi ilə QDİƏT-in iclası keçirildi 22 Oktyabr 2021, 19:13 Sahibə Qafarovadan Avropa ölkələrinə Ermənistan XATIRLATMASI   22 Oktyabr 2021, 19:02 Bu ölkədə 200 mindən çox vaksin məhv ediləcək 22 Oktyabr 2021, 18:53 Azərbaycan əhalisi nağdsız ödənişlərə üstünlük verir 22 Oktyabr 2021, 18:47 Suraxanıda saxlanılan 48 narkotacirlə bağlı yeni açıqlama 22 Oktyabr 2021, 18:42 Eldəniz Səlimovun işi Ağır Cinayətlər MƏHKƏMƏSİNDƏ 22 Oktyabr 2021, 18:24 İsveçdə reper güllələndi 22 Oktyabr 2021, 18:20 Bu ölkədə 400 il sonra Britaniya idarəçiliyinə son qoyulub 22 Oktyabr 2021, 18:16 AccessBank 2021-ci il üçün maliyyə hesabatını açıqladı 22 Oktyabr 2021, 18:12 Azərbaycanlı hakim Avropada karantinə alındı 22 Oktyabr 2021, 18:08 Bakıda idmançı zalda ölü tapıldı - FOTO 22 Oktyabr 2021, 18:02 Türkiyə kəşfiyyatçıları PKK liderini zərərsizləşdirdi 22 Oktyabr 2021, 17:56 Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərini YOXLADI 22 Oktyabr 2021, 17:50 Son sutkada PEYVƏNDLƏNƏNLƏR 22 Oktyabr 2021, 17:47 Yoluxma artdı - 18 nəfər öldü 22 Oktyabr 2021, 17:44 AFFA bu klubları 11 min manat CƏRİMƏLƏDİ 22 Oktyabr 2021, 17:38 Moskvada 20-yə yaxın aviareys təxirə salındı 22 Oktyabr 2021, 17:32 Dolların yeni həftə üçün MƏZƏNNƏSİ 22 Oktyabr 2021, 17:26 Şirvanda “patı” satan şəxs saxlanıldı 22 Oktyabr 2021, 17:20 Vəzifəli şəxslər Şükür Həmidovun məzarını ziyarət etdilər - FOTOLAR 22 Oktyabr 2021, 17:14 Taksi sürücüsü məktəbli qıza təcavüzə cəhd etdi 22 Oktyabr 2021, 17:08 Putin baş nazirlə 5 saat nə barədə danışıb? 22 Oktyabr 2021, 17:03 Vətən Müharibəsi qəhrəmanının XATİRƏ GECƏSİ  22 Oktyabr 2021, 16:59 Ərəb mətbuatı Prezidentin Füzuli səfərindən yazdı 22 Oktyabr 2021, 16:54 Türkiyə-Azərbaycan münasibətləri çoxşaxəlidir 22 Oktyabr 2021, 16:51 Moskvada güclü qasırğa: Kremlin divarı zədələndi 22 Oktyabr 2021, 16:46 Azərbaycana iki minaaxtaran it GƏTİRİLDİ 22 Oktyabr 2021, 16:40 50-yə yaxın sürücü və sərnişin CƏRİMƏLƏNDİ 22 Oktyabr 2021, 16:34 Azərbaycan-İran sərhədində silah-sursat aşkarlandı - FOTOLAR 22 Oktyabr 2021, 16:28 Şəhidin xanımı dəfn olundu - FOTOLAR 22 Oktyabr 2021, 16:23 Saatlıda içməli su təchizatı yaxşılaşdırıldı 22 Oktyabr 2021, 16:17 Hava kəskin dəyişəcək, temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ 22 Oktyabr 2021, 16:12 “Təhsil haqqında” qanun DƏYİŞDİRİLİR 22 Oktyabr 2021, 16:06 Zakir Həsənov hərbi obyektlərin açılışında - FOTOLAR 22 Oktyabr 2021, 16:00 “Azəriqaz” yeni layihəyə star verdi - FOTO 22 Oktyabr 2021, 15:54