Arxiv
4 May 2016, 16:46 |
Erməni komandir: “Düşünürdük ki, müharibə olsa, yenə qaçacaqlar - O yüksəklik bizi çox narahat edir”

Rusiyalı jurnalistin “aprel müharibə”si ilə bağlı xatirələri...


Aprel ayında Qarabağ cəbhəsində “Dörd günlük müharibə” kimi tarixə düşən döyüşlərlə bağlı müzakirələr davam edir. Rusiyanın “Sputnik” informasiya holdinqinin Ermənistan bölməsinin xəbər portalının və radiosunun  baş redaktoru Dmitri Pisarenko döyüşlərdin yekunlaşmasından 1 ay sonra “Aprel gündəliyi” adlı cəbhə xatirələrini oxucularla bölüşüb.

Modern.az saytı Azərbaycan oxusu üçün xüsusi maraq kəsb edəcək həmin məqaləni ixtisarla təqdim edir.

Beləliklə, Dmitri Pisarenko yazır:

“Gecə vaxtı komandir heyəti “kaptyorka”da toplanır. Yalnız kofe və çay içirlər. Bir qram içki də yoxdur. Heç simvolik miqdarda da. Cəbhə üçün norma olan “100 qram”dan söhbət belə, gedə bilməz. Bu heyrətləndiricidir, amma həm də düzgündür. Müharibədə rahatlaşmaq olmaz. Ehtiyatın itirilməsi düşmənə sərf edir. Atəşə məruz qalmaq təhlükəsi hələ də qalır. Axı ətrafa nəzarət etməyi imkan verən hakim yüksəklik Azərbaycanın nəzarətindədir. Həmin yüksəklikdən nəinki qarşıdakı mövqeləri, həm də cəbhənin dərinliklərində yerləşən hərbi obyektləri də artilleriya ilə vurmaq olar.

“Bu yüksəklik bizi çox narahat edir. Onun arxasında düşmən qüvvələri toplanıb. Ora xeyli texnika toplayıblar. Gecə-gündüz qazırlar ”- deyə erməni komandir danışır.

Komandirlərdən daha biri isə etiraf edir: “Biz düşmənə (Azərbaycan tərəfi nəzərdə tutulur-red.) düzgün qiymət verməmişik. Onlar bütün bu illər ərzində öz səhvlərini analiz edib, hazırlaşıblar. Biz isə özümüzə arxayınlaşıb, oturmuşuq. Düşünürdük ki, yenə müharibə olsa, yenə qaçacaqlar”.

Civan adlı döyüşçü isə bu ərazilərdə döyüşüb və azərbaycanlıların əlində saxladığı yüksəkliyin (Lələ təpə yüksəkliyi nəzərdə tutulur-red.)önəmini yaxşı bilir. Yaşayış məntəqələrinə uzaq olsa da, yüksəklik yolları nəzarətdə saxlamağa imkan verir. Eyni zamanda gizlincə texnika və əsgər gətirmək şansı da yox olur.

“Bu yüksəkliyin bizdə olması üçün ölməyə belə, hazıram. Yoxsa düşmən rahatca irəli gedəcək və itkilərimiz daha çox olacaq”- deyə Civan sakitcə deyir.  

Söhbətimiz haradasa yaxında intensiv atışmanın başlanması ilə yarımçıq qalır. Biz çölə çıxırıq. Saat 22:50-ni göstərir.



Qərargahda deyirlər ki, gecə bizim olduğumuz hərbi hissənin yaxınında “dron” (pilotsuz aparat) görüblər. Postda duran əsgərlər onu səsindən tanıyıblar. Uzaqdan top səsinin gurultusu gəlir. Postlardan biri güclü pulemyot və minomyot atəşinə tutulur”.

Səhər döyüş mövqelərinə getməyə hazırlaşırıq. Səmada 4 göyərçin görürük. Dərhal qərargahdan məlumat gəlir ki, atəşin dayandırılması haqda razılıq əldə olunub”.

“Elə bu? Hansı atəşkəs? Uşaqların hamısı borc içindədir...” – deyə komandri Yura Aleksanyan telefonda etiraz edir.

İş ondadır ki, Ermənistandakı iri banklardan birinin müharibə veteranı olan sahibi Qarabağa könüllü döyüşməyə gedəcək hər kəsin kredit borcunu siləcəyini söz verib. Qarabağ veteranlarının çoxunun işi olmadığı üçün bu və ya digər halda borc içində yaşamalı olurlar.

Nəhayət avtobusa doluşmaq əmri verilir. Biz yola düzəlirik.

Vüqar İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məşhurların qəribə sonları 15 Dekabr 2019, 10:00 Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinə start veriləcək 15 Dekabr 2019, 09:52 Səttar Bəhlulzadə fenomeni 15 Dekabr 2019, 09:45 Ermənilər atəşkəs rejimini 21 dəfə pozub 15 Dekabr 2019, 09:38 Bakı və Gəncədə kafe yanıb 15 Dekabr 2019, 09:31 Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı - AÇILIŞ vaxtı bəlli oldu 15 Dekabr 2019, 09:24 Piyadanı vurub öldürdü 15 Dekabr 2019, 09:10 Məhəmmədi kəndində əl qumbarası aşkarlanıb - FOTO 15 Dekabr 2019, 08:58 Ərzaq anbarında güclü yanğın 15 Dekabr 2019, 00:31 Bakıda yol qazası tıxaca səbəb olub 15 Dekabr 2019, 00:14 Məktəblər bu səbəbdən bağlandı 14 Dekabr 2019, 23:53 Leyla Əliyeva “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib 14 Dekabr 2019, 23:33 Azərbaycanlı tələbə Türkiyədə öldü - SƏBƏB 14 Dekabr 2019, 23:16 Mingəçevirdə gənc oğlanı bıçaqladılar  14 Dekabr 2019, 23:01 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 14 Dekabr 2019, 22:33 Müdafiə Nazirliyinin nümayəndələri Moskvada 14 Dekabr 2019, 22:14 Nigeriyada terrorda 19 nəfər öldü 14 Dekabr 2019, 21:52 "ABŞ sanksiya tətbiq etsə, buna məcbur olacağıq" - Çavuşoğlu 14 Dekabr 2019, 21:34 Azərbaycanlı futbolçunun baş məşqçisi erməni oldu 14 Dekabr 2019, 21:16 Üç ay ərzində dəm qazından 106 nəfər ölüb 14 Dekabr 2019, 20:54 Bazardakı yanğın 300 kv. metr sahəni əhatə edib: xəsarət alan yoxdur - RƏSMİ 14 Dekabr 2019, 20:36 Türkiyə, Almaniya, İran və İtaliyanın tibbi ekspertləri Bakıya toplandı - FOTO 14 Dekabr 2019, 20:19 "3-cü mikrorayon bazarı"ndakı yanğında iki avtomobil yandı 14 Dekabr 2019, 20:03 Bakının bu ərazisində işıqlar söndürüldü 14 Dekabr 2019, 18:52 AMİP deputatlığa namizədlərinin adlarını açıqladı - Etibar Məmmədov SİYAHIDA yoxdu 14 Dekabr 2019, 18:44 Çingiz Mustafayev adına radio satışa çıxarılmayacaq, amma... 14 Dekabr 2019, 18:41 3-cü mikrorayon bazarındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 14 Dekabr 2019, 18:27 3-cü mikrorayon dairəsi BAĞLANDI - BNA sürücülərə müraciət etdi 14 Dekabr 2019, 18:21 MSK parlament seçkilərinin müşahidəsi üçün beynəlxalq təşkilatlara dəvət göndərib 14 Dekabr 2019, 17:54 “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verildi - FOTO 14 Dekabr 2019, 17:47 Ölkədə 500-dən çox abidənin təmirə ehtiyacı var - RƏSMİ 14 Dekabr 2019, 17:38 MSK: 125 deputat yerinə 268 şəxs namizədliyini irəli sürüb 14 Dekabr 2019, 17:26 İlham Əliyev krala məktub göndərdi 14 Dekabr 2019, 17:11 Polis Cəlilabadda xüsusi əməliyyat KEÇİRDİ 14 Dekabr 2019, 17:05 Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik etdi 14 Dekabr 2019, 16:57