Arxiv
12 May 2016, 13:34 |
“Nemət Pənahlı və Rəhim Qazıyev xarici kəşfiyyata işləyən xəyanətkarlardı”

“O zaman bizim milli hakimiyyətin devrilməsində Qraçovla rus ordusunun böyük rolu oldu. Rəhim Qazıyev müdafiə naziri idi və istəsəydi, çox iş görə bilərdi. Amma görmədi. Həmin vaxt bizim keçmiş mili təhlükəsizlik nazirinin birinci müavininin əlində Rəhim Qazıyevin xəyanəti ilə bağlı çox ciddi faktlar var idi”.

Bu sözləri Modern.az saytına Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev cəbhə hakimiyyəti dövründən danışarkən deyib.

Hafiz Hacıyev Nemət Pənahlının və Rəhim Qazıyevin AXC hökumətinin dağılmasında böyük rol oynadığını vurğulayıb.

O, hər iki şəxsi xəyanətkar adlandıraraq onları Rusiya kəşfiyyatna işləməkdə ittiham edib:

“Rəhim Qazıyevin Qraçovla telefon danışıqlarını bizim xüsusi xidmət orqanları ələ keçirmişdi. 1993-cü ildə Azərbaycan milli hakimiyyətinin devrilməsində Rəhim Qazıyevin və Nemət Pənahlının əvəzsiz və böyük rolu oldu.

Sürət Hüseynovu  Bakıya qızışdırıb gətirən Nemət Pənahlı və Rəhim Qazıyev oldu. Bu faktdır, biz bunu dana bilmərik. Əgər onlar ağılsız bir insan olan Sürət Hüseynovu qızışdırıb hakimiyyətin devrilməsi üçün Bakıya gətirməsəydilər və Qraçova kömək etməsəydilər, bu gün Dağlıq Qarabağ problemi olmazdı. Eyni zamanda Azərbaycanın 20 faiz torpaqları da işğal olunmazdı.

Nemət Pənahlı və Rəhim Qazıyev o zaman milli hakimiyyətin devrilməsində ən böyük xəyanətə imza atdılar. Zaman hamısını üzə çıxardı. Hər iki xəyanətkar cəzalarını aldılar.

Nemət Pənahlı xidmət etdiyi hakimiyyət tərəfindən həbsə atılaraq, ciddi cəzalandırıldı. Bu gün də həmin xəyanətkarlar milli qüvvələrin yenidən bir araya gəlməsinə imkan vermirlər.

Həmin iki xəyanətkar yenidən özlərini Azərbaycan xalqına sırımaq istəyirlər. Azərbaycan xalqı yaddaşsız xalq deyil və kimin kim olduğunu yaxşı bilir.

Nemət Pənahlı və Rəhim Qazıyev hər ikisi Rusiya kəşfiyyatına xidmət edirdilər. Rəhim Qazıyevin özü də bunu səmimi etiraf edib. Ola bilsin ki, indi bunu dana bilər. Amma bu faktdır. Nemət Pənahlı da hər zaman milli hakimiyyətimizin məhv olması üçün əlindən gələni etdi.

Mən Hafiz Hacıyev olaraq istəmirəm ki, həmin iki insanın xəyanəti yenidən baş qaldırsın. Onların yenidən Azərbaycanda dövlət çevrilişi etməsinə və hakimiyyətə gəlməsinə imkan verməyəcəm. Onların bu gün də Rusiya xüsusi xidmət orqanları və kəşfiyyatı ilə əlaqələri var”.

Hafiz Hacıyev Nemət Pənahlı və Rəhim Qazıyevin yenidən xəyanətkar addımlar atmasına yol verməyəcəyini vurğulayıb:

“Əgər Rəhim Qazıyev və Nemət Pənahlı yenidən qarışıqlıq salıb, nəsə etmək istəsələr, burunlarından vurub yerlərində otuzduracağam. Qraçovların tapşırıqlarnı yerinə yetirənlərin cəzasını mən özüm verərəm. Onsuz da Nemət Pənahlı və Rəhim Qazıyev bundan sonra heç nə edə bilməyəcəklər.

O zaman bu insanların xəyanəti haqqında elə şeylər var idi ki, tam açıq deyə bilmirdik. Çünki bir hissəmiz türməyə düşdük, bir hissəmiz isə ölkədən getdik. Gizli görüşlərdə, məclisdə onların xəyanətlərindən söz açırdıq.

Elçibəyi yıxmaq istəyən qüvvələr Sürət Hüseynovdan, Rəhim Qazıyevdən və Nemət Pənahlıdan məharətlə istifadə etdilər”.

Partiya sədri heç kimdən və xüsusən də Nemət Pənahlıdan və Rəhim Qazıyevdən qorxmadığını da söyləyib:

“Mən dediyim bu fikirlərə görə tam məsuliyyət daşıyıram. Mən Nemət Pənahlı və Rəhim Qazıyevdən qorxmuram. Hafiz Hacıyevə hələ heç kimim gücü çatmayıb. Onlar kimdir ki?..

Məni bu gün ermənilər də öldürmək istəyirlər. Mən İrəvandakı övladlarımıza xüsusi göstəriş vermişəm ki, tapşırıqlarımı gösləsinlər... Ona görə də Ermənistanda mənim başımı kəsməklə hədələyirlər. O cümlədən Azərbaycanın daxilində də belə adamlar var”.

Hafiz Hacıyev onu terrorçu adlandıran hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı haqqında da sərt danışıb:

“Dünən özünün hüquq müdafiəçisi adlandıran Mirvari Qəhrəmanlı məni terrorçu adlandırıb. Mirvari Qəhrəmanlının özü qoca bir erməni qadınıdır. Onun ermənilərlə qarışığı var. Düzdür, bizim Mirvari Qəhrəmanlı ilə salamımız var. Amma onun heç bir kəlməsinə də önəm vermirəm.

Rəhim Qazıyevlə də salamımız var. Amma nə Nemət Pənahlıdan və nə də Rəhim Qazıyevdən qorxuram. Mən qorxaq insan deyiləm, qorxaq insan olsaydım bu cür fikirləri açıq-aşkar deməzdim.

Kimsə məni öldürmək istəyirsə, Bakı şəhərində 7-ci mikrorayonda kirayədə yaşayıram, buyurub gəlsin. Mən ölümdən qorxmuram. Şərəflə ölmək yolunu seçmişəm. Kim istəsə, buyurub gəlsin, söhbətimizi edək”.

Ağa AKİFOĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
MİQ üzrə müsahibə mərhələsi nə vaxt başlayacaq? 4 Avqust 2021, 20:39 Karantin qaydalarını pozan toy sahibləri CƏRİMƏLƏNDİ 4 Avqust 2021, 20:26 Bu gün 68 mindən çox şəxsə vaksin vurulub 4 Avqust 2021, 20:14 Azərbaycanda yoluxma 1000-ə yaxınlaşır - 5 nəfər öldü 4 Avqust 2021, 20:08 YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib 4 Avqust 2021, 20:00 Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu 4 Avqust 2021, 19:51 Ərdoğan Baxçalını evində ziyarət etdi 4 Avqust 2021, 19:40 Sentyabrda məktəblər açılacaq? - Nazirdən cavab 4 Avqust 2021, 19:33 Narkotik becərən şəxs saxlanıldı 4 Avqust 2021, 19:20 Sumqayıtda narkotik satan 3 nəfər tutulub - VİDEO 4 Avqust 2021, 19:11 Yardımlıda yanğının söndürülməsi davam edir - FOTO 4 Avqust 2021, 19:04 Azad edilmiş ərazilərdə görülən işlər müzakirə olundu 4 Avqust 2021, 18:38 Soydaşlarımız Türkiyədə yanğından zərərçəkənlərə yardım göndərdi   4 Avqust 2021, 18:32 Məhkumun evindən narkotik götürüldü 4 Avqust 2021, 18:26 Kəlbəcər yenə atəşə tutuldu: İtkimiz yoxdur 4 Avqust 2021, 18:20 MTRŞ iddiaçıların heç birinə lisenziya vermədi 4 Avqust 2021, 18:14 Müəllimlərin işə qəbulunda yenilik: Nazirdən mühüm AÇIQLAMA 4 Avqust 2021, 18:01 “Biz daha çox biliyi ölçürük, nəinki bacarığı” 4 Avqust 2021, 17:56 Emin Əmrullayev: “Dərs saatı ən azı 18 olmalıdır”  4 Avqust 2021, 17:54 Müdafiə naziri ordunun döyüş hazırlığını yoxladı 4 Avqust 2021, 17:50 Şəfqət dolu ürək... 4 Avqust 2021, 17:50 Nazir narazı namizədlərə müraciət etdi 4 Avqust 2021, 17:42 Zakir Həsənov azad olunmuş ərazilərə getdi - VIDEO+FOTO   4 Avqust 2021, 17:41 “Şikayətçi müəllimlər haqlıdırlar” - Emin Əmrullayev 4 Avqust 2021, 17:33 Ermənistan XİN-nə yeni mətbuat katibi TƏYİN OLUNDU 4 Avqust 2021, 17:29 “Ən çox yer xarici dil müəllimliyinə ayrılıb” - Təhsil naziri 4 Avqust 2021, 17:28 “Azərsu”da İctimai Şuranın ilk iclası keçirildi   4 Avqust 2021, 17:23 Müəllim olmaq istəyənlərin sayı kəskin artıb 4 Avqust 2021, 17:19 “Azəriqaz”ın “Açıq mikrofon”undan ilk səs gəldi - FOTO 4 Avqust 2021, 17:14 Azərbaycan və BMT birgə işçi qrup yaradır 4 Avqust 2021, 17:08 İstanbulda da meşəni yandırdılar 4 Avqust 2021, 17:04 Azər Süleymanov siyasətdən uzaqlaşdı: “Liderlərlə dil tapa bilmədik” 4 Avqust 2021, 16:48 Ağsuda toy təşkilatçısı cərimələndi 4 Avqust 2021, 16:43 Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının birgə təlimləri BAŞLAYIB 4 Avqust 2021, 16:43 Xalq kimin kim olduğunu yaxşı bilir 4 Avqust 2021, 16:42