Modern.az

Rövnəq Abdullayev futbolumuzun problemlərindən danışdı

Rövnəq Abdullayev futbolumuzun problemlərindən danışdı

Aktual

7 İyun 2016, 12:48

“FİFA və UEFA Azərbaycan Premyer Liqasını monitorinqə götürüb. İstədikləri vaxt monitorinqi dayandırıb, cəza verə bilərlər. Ona görə də şəffaflığı qorumalıyıq”.

Modern.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə AFFA İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi brifinqdə qurumun prezidenti Rövnəq Abdullayev deyib. 

Federasiya prezidentinin sözlərinə görə, Azərbaycanın futbol federasiyası idman prinsiplərinə sadiq qalmalıdır :

"AFFA olaraq, idman prinsiplərinə sadiq qalmalıyıq. Bu mövsüm heç bir klub istisna hal kimi Premyer Liqaya gətirilməyəcək. Ötən il "Rəvan"ı çempionata buraxdıq, amma klubun xalları silindi.

Həm Premyer Liqa, həm də I Divizion klubları lisenziya tələblərinə tam cavab vermir: "Qərara aldıq ki, iyunun 13-dək Peşəkar Futbol Liqası və katiblik klublarla işləsin. Həmin klublarla görüş olsun.

Görüşdən  sonra kimlərə lisenziya verilib-verilməyəcəyi dəqiqləşəcək. Heç bir klub lisenziya şərtlərinə cavab verməsə, 8 klub 4 dövrədə çıxış edəcək. 

I Divizion klublarına gəldikdə, çalışacağıq ki, lisenziya sənədləri ən azı AFFA-nın tələbləri səviyyəsində olsun”.

Rövnəq Abdullayev gələn mövsüm Azərbaycan çempionatlarının mayadək başa vurmalı olduqlarını söyləyib.  Buna əsas səbəb kimi 2017-ci ilin mayında Bakıda İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini göstərib:

"Bakı" və "Xəzər Lənkəran" klublarına FİFA-dan böyük sanksiyaların tətbiq olunduğunu deyən  federasiya prezidenti sanksiyaların aradan qaldırılmasının böyük maliyyə tələb etdiyini xüsusi vurğulayıb:

 "Hər iki klubun yaxşı infrastrukturu var. Danışıqlar aparırıq ki, bu infrastrukturları futbola cəlb edək”.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır