Arxiv
14 İyun 2016, 12:32 | HADİSƏ
Azərbaycanda 3 növ kənd təsərrüfatı kooperativi yaradılacaq

Bu gün Milli Məclisin növbədənkənar plenar iclasında “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Modern.az-ın məlumatına görə, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, qanun layihəsində  kənd təsərrüfatı kooperativlərinin 3 növü öz əksini tapıb:1) istehsal, 2) istehlak və 3) istehsal-istehlak (qarışıq) kooperativləri.

Kənd təsərrüfatı istehsalı kooperativi kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə şəxsi əməyinin iştirakına əsaslanan birgə istehsalat və digər təsərrüfat fəaliyyəti yerinə yetirmək üçün birləşmə nəticəsində yaradılan kommersiya hüquqi şəxsdir. İstehsal kooperativlərində işlərin ən azı 70 faizi kooperativ üzvləri tərəfindən yerinə yetirilməlidir. İstehsal kooperativində muzdlu işçilərin sayı kooperativin əsas üzvlərinin sayının 30 faizindən (mövsümi işlərə cəlb edilənlər istisna olmaqla) çox ola bilməz.

İstehlak kooperativi kənd təsərrüfatı məhsullarının istehsalçıları olan fiziki və ya hüquqi şəxslərin kənd təsərrüfatı sahəsində fəaliyyəti dövründə üzvlərinin xərclərinin azalmasına və gəlirlərinin artmasına, onların iqtisadi maraqlarının müdafiəsinə yönəlmiş xidmətlərin təşkili üçün birləşmə yolu ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir.

İstehsal-istehlak (qarışıq) kooperativ kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, emalı və satışı ilə bağlı birgə təsərrüfat fəaliyyətini həyata keçirmək, üzvləri istehsal vasitələri və maddi-texniki resurslarla təmin etmək, onlara iqtisadi, sosial və digər tələblərini ödəmək məqsədi ilə xidmətlər göstərmək üçün yaradılan kommersiya hüquqi şəxsdir.

Qanun layihəsində dövlətin kənd təsərrüfatı kooperasiyası sahəsində vəzifələri də əksini tapıb.

Bu vəzifələrə dövlət ehtiyacları üçün hər il kooperativlərdən kənd təsərrüfatı və ərzaq məhsullarının dövlət tədarükünə dair sifarişlər müəyyən etmək və şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının etibarlı ödənilməsi üçün şəhər və kənd bələdiyyələri və onların ittifaqları arasında kənd təsərrüfatı məhsullarının satışı üzrə əməkdaşlığın genişləndirilməsi daxildir. Bələdiyyələr qarşısında da yeni vəzifələr müəyyən edilib. Bələdiyyələr kooperativin müraciəti əsasında kooperativ bazarların tikintisi üçün torpaq ayırmalı, yarmarkaların təşkili üçün yer verməli, mövcud kənd təsərrüfatı bazarlarında kooperativlərə satış yerlərinin ayrılmasında iştirak etməlidir.

Qanun layihəsində kooperativ bazarların təşkili barədə maddə də yer alıb. Kooperativlərin səmərəli fəaliyyətini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kooperativ bazarlar təşkil ediləcək. Kooperativ bazarlar kənd təsərrüfatı məhsullarının satışı (ticarəti) ilə məşğul olan istehlak kooperativlərinin nəzdində və onların idarəçiliyi altında fəaliyyət göstərəcək. Kooperativ bazarların yaradılması və onlara torpaq ayrılmasını müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirəcək.

Kooperativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kooperativlərin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan digər fiziki və hüquqi şəxslərin satış etməsinə yol verilməyəcək. Azərbaycanda kənd təsərrüfatı sahəsində kooperativlərin yaradılması könüllüdür. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Ağa AKİFOĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putin Braziliyaya yollandı 13 Noyabr 2019, 23:08 Ukrayna  Ermənistana qarşı... 13 Noyabr 2019, 22:47 Türkiyədə terror planlaşdıranlar ələ keçdi 13 Noyabr 2019, 22:30 Məcburi köçkün Gəncədə iş yerindən itkin düşdü 13 Noyabr 2019, 22:16 Şəmkirdə 2 avtomobil toqquşdu: xəsarət alan var 13 Noyabr 2019, 21:57 Ərdoğanla Tramp bir araya gəldi - VİDEO 13 Noyabr 2019, 21:43 Leyla Əliyeva Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə qatıldı - FOTO 13 Noyabr 2019, 21:25 Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər: ölən var, VİDEO 13 Noyabr 2019, 21:08 Bulvarda dənizə düşən şəxs xilas edildi 13 Noyabr 2019, 20:52 "El-Klasiko"nun vaxtı açıqlandı 13 Noyabr 2019, 20:38 Quba sakini dəm qazından boğuldu 13 Noyabr 2019, 20:27 BMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldi 13 Noyabr 2019, 20:15 Sosial şəbəkədə narkotik vasitə satan şəxs yaxalandı 13 Noyabr 2019, 20:02 Gəncədə mikroavtobus piyadanı vurub 13 Noyabr 2019, 19:47 Ermənistan ali məktəblərində etiraz aksiyaları 13 Noyabr 2019, 19:36 Bakıda sürücülər arasında dava düşüb, xəsarət alan var 13 Noyabr 2019, 19:27 Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb 13 Noyabr 2019, 19:19 Ermənistanın Rusiyadakı səfirliyi ermənilərlə ruslar arasında gərginlik haqda 13 Noyabr 2019, 19:07 İŞİD-in hbərlərindən biri rkiyəsaxlanıldı 13 Noyabr 2019, 19:01 İran uranı 20%-ə qədər zənginləşdirəcək 13 Noyabr 2019, 18:48 İlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edib - YENİLƏNİB 13 Noyabr 2019, 18:33 “Primakova dedim ki,… Mənim hakimiyyətim Allahla tək qalanda başlayır” - Şeyxulislamdan maraqlı AÇIQLAMALAR 13 Noyabr 2019, 18:20 Rüşvətdə təqsirləndirilən polkovnik-leytenant azadlığa buraxıldı 13 Noyabr 2019, 18:15 Oqtay Əsədov nazirə belə DEDİ: “Yerlibazlıq edib, sənə imkan yaratdıq ki...” 13 Noyabr 2019, 18:01 Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” - VİDEO 13 Noyabr 2019, 17:50 “Yollardakı polis postlarında sürücülər üçün istirahət otaqları var” - DYP 13 Noyabr 2019, 17:42 İşsizlikdən Sığorta Fondunun 2020-ci ildəki gəlir və xərcləri qəbul edildi 13 Noyabr 2019, 17:33 Bu müəllimlərin maaşları artırıldı - RƏSMİ 13 Noyabr 2019, 17:31 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat olacaq 13 Noyabr 2019, 17:29 Bəxtiyar Hacıyev Paşinyana sualından DANIŞDI: “Özüm aqressiv davranmadım” 13 Noyabr 2019, 17:29 Sabiq kəşfiyyat rəisi yoxa çıxdı 13 Noyabr 2019, 17:29 Azərbaycanda yaşayış minimumunun gələnilki məbləği bu qədər olacaq 13 Noyabr 2019, 17:28 Nazir bütün uşaqlara “uşaqpulu” verməyi mümkün SAYMADI 13 Noyabr 2019, 17:17 “Azəriqaz”ın yeni rəhbəri idarə rəislərinə tapşırıq verdi 13 Noyabr 2019, 17:11 Bu il 934 şəhid ailəsinə və əlilə mənzil veriləcək 13 Noyabr 2019, 17:06