Modern.az

Kür çayında su sərfi azalıb

Kür çayında su sərfi azalıb

5 İyul 2016, 11:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, iyun ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının II ongünlüyünə nisbətən  214 m3/san azalaraq 313 m3/san təşkil edib.

 

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

 

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3.6, Ağstafaçayda 3.5, Ağstafaçay su anbarında isə 3.1 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

 

İyun ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.8, I Şahsevəndə 2.3, Bəhramtəpədə isə 2.7 dəfə YVQH-ni keçib. 

 

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.28-7.11 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır