Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

5 İyul 2016, 13:08

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında     

hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

 

 

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz - İyulun 06-07-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

 


Modern.az

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir