Arxiv
4 Sentyabr 2016, 00:21 | AKTUAL
“Hər kəs həyacan keçirir” – AFFA rəsmisi

"Hər kəs həyacan keçirir. Baxmayaraq ki, San-Marino qrupda olan digər komandalarla eyni deyil. Ancaq bu futboldur və ciddi yanaşmaq, rəqibə hörmət etmək lazımdır. Əsas məsələ üç xalın qazanılmasıdır". Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov sentyabrın 4-də DÇ-2018-in seçmə mərhələsində San-Marino yığması ilə keçiriləcək görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.

- Yığmamız DÇ-2018-də ilk oyununu səfərdə San Marinoya qarşı keçirəcək. Oyun haqda fikirlərinizi bildirərdiniz. Bu oyundan və seçmə mərhələdən nə gözləyirsiniz?

- Təbii ki, San-Marino ilə oyunda üç xal qazanmalıyıq. Düşünürəm ki, bu üç xal komandanın növbəti oyunlarda daha inamla çıxış etməsi üçün motivasiya olacaq. Bu futboldur, hər şey ola bilər. Ancaq komandamız tam hazırdır. Bir müddət əvvəl təşkil olunmuş təlim-məşq toplanışında milli yoldaşlıq görüşləri keçirdi. Baş məşqçi Robert Prosineçki də komandanın fiziki vəziyyətindən razı qaldığını bildirib. Nəzərə alaq ki, ölkə çempionatı da start götürüb. İki klubumuz isə çox uğurlu nəticə göstərərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bütün bu amilləri nəzərə alsaq, yığma yaxşı ab-hava ilə San-Marinoya gəlib. Biz hamımız ancaq üç xal gözləyirik.

- Seçmə mərhələyə AFFA maraqlı bir şüar seçib - "Niyə də yox?!". Bu şüarın məqsədi nədir və nəyə işarədir?

- Əsas məqsəd millinin AÇ-2020-yə vəsiqə qazanmasıdır. Həmin Avropa çempionatının üç oyunu və bir 1/4 final oyunu Bakıda keçiriləcək. İstəyərdik ki, həmin turnirdə iştirak edək. Əsas məqsədimiz budur. Lakin bu mərhələ hazırlıq kimi də ola bilər. Bu mərhələyə bir şüar düşündük və "Niyə də yox?!" olmasına qərar verdik. Əsas komanda üzvlərindən soruşduq ki, niyə də yox? Niyə də bu seçmə mərhələdə yaxşı nəticə göstərməyək? Düşünürük ki, yaxşı şüardır. Əslində sual formasındadır və müsbətdir. Bu şüarı bütün futbol ailəsi üçün yaratdıq. Sabah da baxaq görək.

- Emin Mahmudov və Ramil Şeydayev artıq milliyə cəlb olunub. Onların debüt etməsi üçün meydana çıxması lazımdır. Bununla bağlı baş məşqçi Robert Prosineçki ilə hər hansı bir söhbətiniz olub? Əsas heyətdə olmasa da bir dəqiqə meydana çıxsın...

- AFFA rəhbərliyi heç vaxt məşqçilərin işinə qarışmayıb. Bu birbaşa baş məşqçinin işidir. Sabahkı qarşılaşmada onların meydana çıxması və ya ehtiyatda qalmasına baş məşqçi qərar verir. FIFA-nin qərarına əsasən, bu futbolçuların millimizdə çıxış etməsinə icazə verilib. İstərdik ki, Şeydayev və Mahmudov yığmada oynasınlar və komandaya faydalı olsunlar. Yaxşı futbolçulardır. Onlar cəmi bir neçə gündür ki, yığmada olsalar da, Prosineçki artıq müsbət rəy verib".

- Yəni yığmanın heyətində meydana çıxsın ki, sabah fikrini dəyişib başqa yerə getməsin...

- FİFA-nın qərarına əsasən futbolçu 21 yaşadək əsas milli komandada oynamayıbsa, bir dəfə qərarı dəyişə bilər. Hər iki futbolçu da artıq yığmada oynayıblar və indi də qərar veriblər. Artıq bu qərar qəbul edilib.

- Sabahkı oyunla bağlı hansı nəticəni düşünürsünüz?

- Hesabı demək çətindir. İlk oyundur və hər kəs həyacan keçirir. Əminəm ki, komanda da həmin hissləri keçirir. Baxmayaraq ki, San-Marino qrupda olan digər komandalarla eyni deyil. Ancaq bu futboldur və ciddi yanaşmaq, rəqibə hörmət etmək lazımdır. Əsas məsələ üç xalın qazanılmasıdır.

- Qələbə üçün futbolçulara mükafat vəd olunub?

- Sözün düzü biz bunu müzakirə etməmişik. Komanda özü də bilir ki, AFFA hər zaman əlavə stimul verməyə çalışır.

Sonda baş katib stadiona toplaşan, komandanın məşqini izləyən azsaylı azarkeşlərə təşəkkürünü bildirib.

 

 

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yol polisindən “plyonka xəbərdarlığı: “Heç kimə güzəşt olmayacaq!” 26 İyun 2019, 13:48 Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub   26 İyun 2019, 13:25 Xırdalanda azyaşlını vurub qaçan sürücü saxlanıldı   26 İyun 2019, 13:10 Hacı Əliyev erməni rəqibini 6:0 hesabı ilə məğlub etdi 26 İyun 2019, 13:07 Məhərrəm Quliyev “Cümə” məscidi ilə bağlı tövsiyə verdi 26 İyun 2019, 13:03 Bakıda 12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı RƏSMİ AÇIQLAMA 26 İyun 2019, 12:53 Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb   26 İyun 2019, 12:48 Silahlı Qüvvələr Günü Goranboyda - FOTOLAR 26 İyun 2019, 12:44 Qubada itkin düşən azyaşlı tapılaraq valideyninə təhvil verilib   26 İyun 2019, 12:40 Azərbaycan və Mərkəzi Asiya turizm assosiasiyaları əməkdaşlığa başlayır 26 İyun 2019, 12:36 Sabah 40 dərəcə isti olacaq, yağış yağacaq - HAVA PROQNOZU 26 İyun 2019, 12:28 Məmur kreslosundan elm və təhsilə transfer edən EKS-NAZİRLƏR 26 İyun 2019, 11:52 Borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanıldı 26 İyun 2019, 11:45 “Tam məhv edəcəyik...Daha heç bir Kerri, Obama olmayacaq!” 26 İyun 2019, 11:30 Rusiyada 42 yaşlı erməni güllələndi 26 İyun 2019, 11:21 Füzulidə Silahlı Qüvvələr günü qeyd olundu 26 İyun 2019, 10:59 Badamlı yeni istehsal sahəsi açır - FOTOLAR 26 İyun 2019, 10:52 Mehriban Əliyeva: “Ordu bizim dövlətçiliyimizin dayağıdır 26 İyun 2019, 10:48 Balaca kəndin böyük DİRƏNİŞİ 26 İyun 2019, 10:46 Türkiyədə avtobus qəzası – 10 ölü, 30 yaralı 26 İyun 2019, 10:40 Ümid sənədir ancaq, Azərbaycan əsgəri! - VİDEO 26 İyun 2019, 10:34 Fazil Məmmədovun vəziyyəti pisləşdi, xəstəxanaya yerləşdirildi 26 İyun 2019, 10:25 Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib 26 İyun 2019, 10:24 Türkiyə və Azərbaycan arasında hərbi saziş qüvvəyə minib 26 İyun 2019, 10:22 BÖYÜK ZƏFƏRƏ hazır Azərbaycan Ordusu... 26 İyun 2019, 10:16 Bir var idi, bir yox... - Varislər HAQQINDA 26 İyun 2019, 10:09 Xəzər dənizinin səviyyəsi 1 metrdən çox aşağı düşüb - Nazirlik 26 İyun 2019, 10:03 Təmas xəttində nisbi sakitlik hökm sürür 26 İyun 2019, 09:56 Konqres Trampa İranla müharibə etməyi qadağan etmək istəyir 26 İyun 2019, 09:26 Tarixdə iz qoyanlar: Bir generalın şərəfli ömrü... 26 İyun 2019, 09:19 Neft 66 dollardan baha satılır 26 İyun 2019, 09:09 Sumqayıtda 35 yaşlı qadını maşın vurub öldürdü 26 İyun 2019, 09:05 “Vəziyyət çox təcilidir” - Asim Mollazadə AŞPA-da Dilqəmlə Şahbazdan DANIŞIB 26 İyun 2019, 08:58 Jurnalist Ramilə Qurbanlının qardaşı vəfat etdi 26 İyun 2019, 08:46 Azərbaycanı ABŞ-da təbliğ edən türk professor 26 İyun 2019, 08:39