Modern.az

Gürcüstan MSK Bakıda üç seçki məntəqəsi açır

Gürcüstan MSK Bakıda üç seçki məntəqəsi açır

20 Sentyabr 2016, 22:06

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 8-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar Azərbaycanda üç seçki məntəqəsi açacaq. Modern.az saytı AzərTAc-a istinadən xəbər verir ki, məntəqələr paytaxt Bakı şəhərində yerləşəcək.

 

Bu ölkənin Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, səsvermə ilə əlaqədar 41 ölkənin 48 şəhərində 56 seçki məntəqəsi açılacaq.

 

Ən çox məntəqə Yunanıstanda təşkil olunacaq.

 

Gürcüstan qanunlarına görə, xarici ölkələrdə açılan məntəqələrə gələn seçicilər yalnız proporsional siyahı üzrə siyasi partiyalara səs verə bilərlər.

 

Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə görə, parlamentə 150 deputat seçiləcək və onların 77-si proporsional siyahı üzrə mandat əldə edəcəklər. Siyasi partiyalar və seçici blokları parlamentdə təmsil olunmaq üçün 5 faizlik baryeri keçməlidir. Qalan 73 deputat isə birmandatlı dairələrdən seçiləcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir