Arxiv
21 Sentyabr 2016, 10:30 | AKTUAL
Azərbaycan Beynəlxalq Bankı “Yuventus”la əməkdaşlıq edəcək

Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə “Yuventus” futbol klubu arasında saziş imzalanıb.

Bu haqda bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Bankın Baş ofisində keçirilən imzalanma mərasimində İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo, “Yuventus” Futbol Klubunun Beynəlxalq əməkdaşlıq və korporativ gəlirlər bölməsinin rəhbəri Giorgio Ricci, “Yuventus” İdman Akademiyasının direktoru Gianluca Pessotto, “Yuventus”un keçmiş hücumçusu David Trezegue, AFFA təmsilçiləri, “İnter” Futbol Klubunun rəhbərliyi də iştirak edib.

Azərbaycan Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini Ülvi Mansurov nəzərdə tutulan əməkdaşlıq istiqamətləri haqqında məlumat verib. Bildirib ki, müvafiq saziş çərçivəsində “Yuventus” klubu ilə bir sıra birgə tədbirlər həyata keçiriləcək. İlk addım kimi, artıq “İnter Arena”nın bazasında “Yuventus” Futbol Akademiyası yaradılıb. Akademiyanın təşkilində məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına dəstək və “İnter” Futbol Klubunun mövcud infrastrukturunun inkişaf etdirilməsidir. Bütün dünyada məşhur olan “Yuventus” klubu ilə əməkdaşlıq Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətlərinin beynəlxalq arenada təbliği baxımından da geniş imkanlar açır.

İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo ölkələrimiz arasında əlaqələrin getdikcə inkişafından məmnunluğunu ifadə edərək, bu sazişin mədəni sahədə əməkdaşlığa yeni bir töhfə olacağını bildirib.

“Yuventus” Futbol Klubunun Beynəlxalq əməkdaşlıq və korporativ gəlirlər bölməsinin rəhbəri Giorgio Ricci isə bu cür regional sazişlərin “Yuventus”un beynəlmiləlləşdirilməsi prosesinin davamı olduğunu diqqətə çatdırıb. Azərbaycan kimi böyük potensiala malik bir ölkədə çalışmaqdan qürur duyduqlarını söyləyib.

“Yuventus”un digər təmsilçilərinin çıxışlarında da klubun bu cür layihələrə hər zaman böyük diqqət ayırdığı bildirilib. Qeyd edilib ki, yerli klubların fəaliyyətinin dəstəklənməsi, uşaq futbolunun inkişafı, müxtəlif ölkələrdə peşəkar futbol təcrübəsinin öyrədilməsi işinə “Yuventus”, həm də, sosial bir dəyər kimi baxır. Sazişin nəticələrinin ümumən Azərbaycan futbolu üçün uğurlu olacağı vurğulanıb.

İmzalanma mərasimindən sonra italiyalı qonaqların iştirakı ilə “Yuventus” Futbol Akademiyasının açılışı olub.

 

Gülşən RAUFQIZI

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Həkimin koronavirusun dərmanı ilə bağlı təklifi dünyanı silkələdi - VİDEO 4 Aprel 2020, 00:19 Koronavirusa virusa yoluxanların sayı daha 76 190 nəfər artıb - ÜST 4 Aprel 2020, 00:01 Fransada bir sutkada 588 nəfər koronavirusdan öldü 3 Aprel 2020, 23:45 Bu şəxslər karantin dövründə də avtomobillə sərbəst hərəkət edə biləcək 3 Aprel 2020, 23:29 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi 3 Aprel 2020, 23:13 Maska qıtlığının səbəbi AÇIQLANDI 3 Aprel 2020, 22:54 "Azəriqaz"ın rəhbəri: "Kommunal məsələlər vaxtında öz həllini tapmalıdır" 3 Aprel 2020, 22:37 Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək 3 Aprel 2020, 22:22 Yaxın günlərdə bank kreditləri ilə bağlı qərar AÇIQLANACAQ 3 Aprel 2020, 22:06 Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi 3 Aprel 2020, 21:37 “Biliklərin yaradılması və ötürülməsində universitetlərin inhisarçılığının sonu görünür” - Ədalət Muradov 3 Aprel 2020, 21:24 İtaliyada koronavirus qurbanlarının sayı 14 681-ə çatdı 3 Aprel 2020, 21:11 Azərbaycanda koronavirusa yoluxanlar bu ərazilərdəndir - SİYAHI 3 Aprel 2020, 20:47 Türkiyədə koronovirusdan bir gündə 69 nəfər öldü 3 Aprel 2020, 20:35 İranda koronavirusa yoluxanların sayı artır 3 Aprel 2020, 20:18 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu onlayn rəsm müsabiqəsi keçirir 3 Aprel 2020, 20:03 ASAN Xidmət jurnalistlərə MÜRACİƏT ETDİ: Sui-istifadə hallarına yol verməyin! 3 Aprel 2020, 19:13 Tanınmış jurnalistə ağır itki üz verib 3 Aprel 2020, 18:36 “Azercell” təhlükəsizlik tədbirlərini gücləndirir 3 Aprel 2020, 18:18 Həkimlərin ailəsi necə qorunur? - Deputat: “Tibb işçilərinə ayrıca yer ayrılsın 3 Aprel 2020, 18:13 Aİ tibbi ləvazimatların idxalına vergiləri ləğv etdi 3 Aprel 2020, 18:05 Kamran Əliyev:Jurnalistin öz şəxsi maşını ilə işə getmələrinə məhdudiyyət yoxdur” 3 Aprel 2020, 17:59 Dolların MƏZƏNNƏSİ açıqlandı 3 Aprel 2020, 17:55 Fransa İtaliya və İspaniyaya göndərilən tibbi maskaları müsadirə etdi 3 Aprel 2020, 17:54 Başıbəlalı “Corona” pivəsinin istehsalı dayandırıldı 3 Aprel 2020, 17:42 “Virtual məktəb” portalında bir gündə 36 min şagird qeydiyyatdan keçib 3 Aprel 2020, 17:36 Spikerin son SƏRƏNCAMI Milli Məclisin nüfuzunu özünə qaytaracaq - “Gül balalar” yola salınır 3 Aprel 2020, 17:30 Sürət qatarı koronaviruslu xəstələr üçün reanimasiya şöbəsinə çevrildi - FOTO 3 Aprel 2020, 17:24 Aprel döyüşlərinin iştirakçısı xanımının üzüyünü güllə gilizindən düzəldibmiş - FOTO 3 Aprel 2020, 17:17 “Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur” - Anar Hüseynov 3 Aprel 2020, 17:16 Sosial izolyasiya ailədaxili zorakılığı kəskin artırıb – PROBLEM 3 Aprel 2020, 17:13 Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub” 3 Aprel 2020, 17:10 BMT-nin 111 əməkdaşı koronavirusa yoluxub 3 Aprel 2020, 17:04 “Vətəndaşlar maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur” - DİN rəsmisi 3 Aprel 2020, 16:58 Partiya sədri: “Azərbaycanda ən sərt tədbirlərə əl atmağa ehtiyac var” 3 Aprel 2020, 16:52