Modern.az

«İcra strukturları QHT-lərlə əməkdaşlıqda maraqlı deyil»

«İcra strukturları QHT-lərlə əməkdaşlıqda maraqlı deyil»

16 Fevral 2011, 14:17

Bələdiyyə Resurs və Təlim Mərkəzi icra strukturları ilə QHT-lərin əməkdaşlığını araşdırıb 

Bələdiyyə Resurs və Təlim Mərkəzi Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə «Reginlarda QHT-lərlə icra strukturları arasında əməkdaşlığın monitorinqi və ictimai müzakirələrin həyata keçirilməsi» adlı layihə həyata keçirib. Ölkənin bir sıra rayon və şəhərlərində həyata keçirilən layihə çərçivəsində icra strukturları ilə QHT-lərin əməkdaşlığı araşdırılıb. Layihənin rəhbəri, sosioloq və ekspertlərin iştirakıyla Gəncə şəhərində QHT nümayəndələriylə İcra strukturu əməkdaşlarının birlikdə ictimai müzakirəsi keçirilib. QHT nümayəndələri ilə dövlət strukturu əməkdaşlarının qarşılıqlı əməkdaşlığı çərçivəsində aparılan müzakirələrdə QHT-lərin həyata keçirdikləri layihələr zamanı rastlaşdıqları çətinliklərdən danışılıb. Bildirilib ki, qarşı tərəf – icra strukturları əməkdaşlığa o qədər də meyl etmir.
Layihənin nəticəsi olaraq, müəyyən edilib ki, regionlarda QHT-Hökumət sektorları arasında əlaqələr olduqca zəifdir.
“Hesab etmək olar ki, bu tipli layihələr həyata keçirməklə regionlarda QHT-Dövlət sektoru münasibətlərinin inkişafına nail olmaq olar. Çünki, layihənin ictimai müzakirəsi zamanı QHT fəaliyyətinin ictimai əhəmiyyəti, dövlət sektoruna köməyi izah edilib. Bu iki sektor arasında əməkdaşlığın inkişafı bu tipli müzakirələrin davam etdirilməsindən asılıdır”-deyə tədbirdə bildirlib.

Elmar

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?