Arxiv
3 Oktyabr 2016, 09:40 | HADİSƏ
“Xaricdən 300 iş adamı Azərbaycana dəvət olunub” - MÜSAHİBƏ

3-4 iyun tarixində Bakıda  Dünya Azərbaycanlılarının IV Qurultayı keçirildi. Heydər Əliyev Mərkəzində keçirilən qurultayda prezident İlham Əliyev  də iştirak edərək Azərbaycan diasporunun gələcək hədəfləri haqqında geniş danışdı.

 

Ölkə prezidentinin diaspor rəhbərlərinin, dünya azərbaycanlılarının qarşısına qoyduğu yeni tələblər bir növ gələcək diaspor strategiyasının yeni istiqamətlərini verdi.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm Modern.az saytının suallarını cavablandırıb.

 

 

-Elşad müəllim, Dünya Azərbaycanlılarının IV Qurultayında prezident İlham Əliyev diaspor rəhbərləri və sizin qurum qarşısında yeni tələblər qoydu. Artıq qurultaydan   3 aydan çox vaxt keçib.

Bundan sonra Diasporla İş üzrə Dövlət  Komitəsinin fəaliyyətində konseptual olaraq hansısa dəyişiklər olacaqmı?

 

 

-Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin tövsiyələri əsasında "Dünya Azərbaycanlılarının IV Qurultayından irəli gələn vəzifələrə dair Tədbirlər Planı" hazırlanıb və Prezident Administrasiyası rəhbərinin 27 iyun 2016-cı il tarixli 95 nömrəli sərəncamı ilə  təsdiq olunub. Dövlət Komitəsi fəaliyyətini bu Tədbirlər Planına uyğun olaraq qurur. Burada qarşıdakı dövrdə azərbaycan diasporunun, eyni zamanda diaspor təşkilatlarının fəaliyyətini koordinasiya edən Diasporla İş üzrə Dövlət Komitəinin qarşısında duran vəzifələr, fəaliyyətimizin prioritet istiqamətləri öz əksini tapıb.

 

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın yaşadıqları ölkələrdə ictimai-siyasi həyatda daha fəal iştirakının təmin olunması, diaspor işində müasir informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə olunması, digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsi, iş adamlarının, gənclərin, ziyalıların diaspor fəaliyyətinə cəlb olunması ilə bağlı kifayət qədər ciddi vəzifələr müəyyənləşdirilib. Bu tədbirlər planının uğurla, müvəffəqiyyətlə həyata keçirilməsi, diasporun fəaliyyətinin daha da gücləndirilməsinə imkan yaradacaq.

 

 Qeyd edək ki, artıq, həmin tədbirlər planına uyğun olaraq, oktyabrın 28-də Bakıda Dünya Azərbaycanlı İş Adamlarının I Forumu keçiriləcək. Forumda xarici ölkələrdə yaşayan 300 nəfərə yaxın azərbaycanlı iş adamı və diaspor rəhbərinin, eləcə də ölkə daxilində fəaliyyət göstərən sahibkarların dəvət olunması nəzərdə tutulub. Bu forumun əsas məqsədi xaricdə yaşayan azərbaycanlı iş adamlarının birliyinin yaradılması, onların ölkəmizə sərmayə qoymağa təşviq edilməsidir.

 

 

-Xaricdə yaşayan dünya azərbaycanlıları ilə iş sahəsində hansı yeni faydalı modellərin və konsepsiyaların tətbiqi gözlənilir?

 

- Dəyişən dünyanın yeni reallıqları Azərbaycan diasporunun potensialından daha səmərəli istifadə olunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə müasir informasiya texnologiyaları vasitəsilə çatdırılması, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, cəmiyyətə inteqrasiyasının sürətləndirilməsinə xidmət edən yeni layihələr işlənib hazırlanmasını tələb edir. Ötən dövrün təcrübəsi də göstərir ki, hazırda ən vacib məsələlərdən biri diasporun ictimai-siyasi həyatda daha fəal iştirakına nail olmaqdır.

 

Məlum olduğu kimi, diasporun gücü onun siyasi proseslərə təsir imkanları ilə ölçülür, bu, elə bir sahədir ki, onu kənardan idarə etmək, yaxud təsir etməklə dəyişmək, inkişaf etdirmək mümkün deyil. Hər bir azərbaycanlı yaşadığı ölkədə fəaliyyəti, davranışı ilə cəmiyyətin etimadını qazanmağa nail olmalıdır. Belə bir etimad olmadan diaspor fəallarının ictimai həyata təsir imkanları əldə etməsi mümkün deyil. Burada fərdi təşəbbüskarlıq, yaxud aryı-ayrı şəxslərin fəaliyyəti həlledici deyil, belə ifadə etmək mümkünsə, kollektiv təfəkkür, koordinasiya olunmuş fəaliyyət daha vacib rola malikdir. Ona görə də, azərbaycanlılar yaşadıqları ölkələrdə bir icma, birlik kimi ictimai rəğbət qazanmalıdır ki, ictimai-siyasi proseslərdə təsir imkanları əldə etsinlər. Bütün bu məsələlər Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında da öz əksini tapıb. Yəni Azərbaycan diasporunun fəaliyyətinin konseprual əsasları bu sənəddə göstərilib. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, Dövlət Komitəsində dövlətin qarşıya qoyduğu tələblərə uyğun olaraq qısa və uzunmüddətli fəaliyyət proqramları, iş planları hazırlanır, başqa ölkələrin və xalqların diaspor təcrübəsi öyrənilir və şəraitə uyğun olaraq vacib modellərin, metodların tətbiqi məsələləri müzakirə edilir.

 



- Dünya Azərbaycanlılarının IV Qurultayından sonra hansı ölkələrdən yeni diaspor təşkilatlarının yaradılmasına təşəbbüs olub?

 

- Hazırda dünyanın müxtəlif ölkələrində 460-dan çox Azərbaycan diaspor təşkilat fəaliyyət göstərir. Azərbaycanlıların təşkilatlanma prosesi əsasən başa çatmış hesab oluna bilər. Lakin elə ölkələr var ki, orada azərbaycanlılar məskunlaşması son illərə təsadüf edir və bu ölkələrdə də soydaşlarımızı bir araya gətirən yeni təşkilatlar qurulur. Hesab edirik ki, əsas məsələ diaspor təşkilatlarınını sayının çox olmasında deyil. Daha çox buna diqqət yetirmək lazımdır ki, diaspor təşkilatlarının fəaliyyəti daha effektiv olsun. Diaspor fəaliyyəti elə bir sahədir ki, burada kimisə məcburi şəkildə, inzibati metodlarla hansısa bir layihəyə, yaxud təşəbbüsə cəlb etmək mümkün deyil, hətta mümkün olsa belə mənasızdır. Burada vətənpərvərlik bütün mənalarda görülən işin keyfiyyətini müəyyənləşdirən başlıca amildir. Ona görə də, biz intellektual potensialı yüksək, dünyagörüşü zəngin olan soydaşlarımızın bu prosesdə fəal iştirakına xüsusi əhəmiyyət veririk. Diaspor təşkilatlarında azərbaycanlı elm adamları, mədəniyyət xadimləri, jurnalistlər, iş adamları, gənclər daha çox təmsil olunmalıdır. Bu istiqamətdə xeyli iş görülüb və görülməkdədir. İndi dünyada belə demək mümkünsə, intellektlərin mübarizəsi gedir, bütün mübahisələr, müzakirələr informasiya texnologiyaları üzərindən aparılır, yəni biz 20 il, həta 10 il bundan əvvəlkindən kəskin şəkildə fərqlənən yeni bir dünyada yaşayırıq. Bu yeni dünyada özünə yer tapmış, mövqe qazanmış yüzlərlə azərbaycanlı var. Həm informasiya texnologiyarları, həm elm sahəsində, biznesdə özünü təsdiq etmiş soydaşlarımızın sayı kifayət qədərdir. Bu insanların potensialından diaspor işində istifadə olunmasının nə qədər vacib olduğunu izah etməyə yəqin ki, ehtiyac yoxdur. "Dünya Azərbaycanlılarının IV Qurultayından irəli gələn vəzifələrə dair Tədbirlər Planı"nda da bu məsələlərlə əlaqədar konkret tapşırıqlar öz əksini tapıb.

 

-Qurultaydan sonra xarici diaspor təşkilatları ilə münasibətlərdə hansı yeniliklər yaranıb?

 

- Yeniliklərin edilməsi daimi və davamlı prosesdir, bunsuz hər hansı bir fəaliyyətin effekti olmaz. Ona görə də Diasporla İş üzrə Dövlət Komitəsi olaraq, həm xarici ölkələrin diaspor sahəsinə cavabdeh olan dövlət qurumları, həm də müxtəlif xalqların diasporu ilə əməkdaşlığı davam etdiririk. Vaxtaşarı Dövlət Komitəsində müxtəlif ölkələrin diaspor siyasəti ilə məşğul olan dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilir, qarşılıqlı təcrübə mübadiləsi aparılır, fəaliyyət mexanizmləri öyrənilir.

 

Türkiyənin müvafiq qurumu ilə aparılan danışıqların nəticəsi olaraq Dövlət Komitəsi türkdilli xalqların diasporları arasında əməkdaşlığın yaradılmasına nail olub. Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq strategiyası qəbul olunub, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilib və bu istiqamətdə faəliyyətimiz davam edir. Oktyabrın 6-da Ukraynanın paytaxtı Kiyev şəhərində "Türk Şurasının Türkdilli diasporlar arasında əməkdaşlığın dərinləşdirilməsindəki rolu" mövzusunda toplantı keçirləcək. Görüşdə Türk Şurası nəzdində fəaliyyət göstərən Təmas qrupunun üzvlərinin və Ukraynada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin iştirakı nəzərdə tutulur.

 

Bundan başqa, Azərbaycan diasporu dünyada çox güclü diasporlardan biri kimi tanınan yəhudi diasporu ilə sıx əməkdaşlıq edir, xüsusən ABŞ, bir sıra Avropa ölkələrindəki bəzi təşkilatlar öz fəaliyyətini yəhudi icması ilə əlaqəli şəkildə qurub. Bütün bunlardan əlavə, Azərbaycan diaspor təşkilatları bir sıra ölkələrdə fəaliyyət göstərən müxtəlif xalqların diaspor təşkilatlarını birləşdirən assambleya və birliklərdə təmsil olunur.

 

 

 

Ağa AKİFOĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sanksiya təhdidləri Türkiyəni haqlı mübarizədən yayındırmayacaq 17 Oktyabr 2019, 00:50 Prezident nazirlərdən hesab sordu: “Nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil?” - DİALOQ 17 Oktyabr 2019, 00:44 Ərdoğan Rusiyaya gedir 17 Oktyabr 2019, 00:34 "PKK terror təşkilatı İŞİD-dən təhlükəlidir" - Tramp 17 Oktyabr 2019, 00:18 Azərbaycan nefti bahalaşdı 16 Oktyabr 2019, 23:59 Bakıda qardaş qardaşını bıçaqladı 16 Oktyabr 2019, 23:42 Hulusi Akar futbolçulara belə dəstək oldu - FOTO 16 Oktyabr 2019, 23:21 İlham Əliyevdən büdcə xərclərini şişirdənlərə XƏBƏRDARLIQ: “Öz cəzalarını alacaqlar” 16 Oktyabr 2019, 23:03 Bakıda ər həyat yoldaşı və qayınanasını qətlə yetirib YANDIRDI - FOTO 16 Oktyabr 2019, 22:41 “Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir” - İlham Əliyev 16 Oktyabr 2019, 22:24 Xəzərdə itkin düşən balıqçı belə axtarılır - VİDEO 16 Oktyabr 2019, 22:06 Prezidentdən bir-birlərini şantaj edən məmurlara XƏBƏRDARLIQ: “Bu, dözülməzdir” 16 Oktyabr 2019, 21:47 İlham Əliyev: “Mən Əli Əsədovu Baş Nazir təyin edərkən ona bir çox vəzifələr tapşırdım... islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları”   16 Oktyabr 2019, 21:31 Yeniyetmələr məişət zorakılığına qarşı mübarizə ilə bağlı bilgiləndirildi 16 Oktyabr 2019, 21:24 Tovuzda ağır yol qəzası: yaralılar var 16 Oktyabr 2019, 21:13 "Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır 16 Oktyabr 2019, 20:43 Hava limanından sərnişinlər təxliyyə olundu 16 Oktyabr 2019, 20:29 Beynəlxalq axtarışda olan azərbaycanlı qadın Belarusda tutuldu 16 Oktyabr 2019, 20:17 Suriyada yeni qaçqın təhlükəsi 16 Oktyabr 2019, 20:03 Fuad Qəhrəmanlının xanımı Baş prokurora müraciət etdi: "Mən və qızlarım şikayətçi deyilik" - FOTO 16 Oktyabr 2019, 19:59 AMEA-da yeni Mərkəz yaradıldı - Şahin Mustafayev direktor təyin olundu 16 Oktyabr 2019, 19:47 Yevlaxda iki avtomobil toqquşdu - xəsarət alan var 16 Oktyabr 2019, 19:33 Goranboyda qadını ilan vurdu 16 Oktyabr 2019, 19:26 Pompeo Türkiyə Prezidenti ilə görüşmək istəyir, Ərdoğan isə "Tramp gəlsin" deyir 16 Oktyabr 2019, 19:15 184 binanın istismarına icazə verildi – Dövlət Komitəsi 31 min mənzil sahibini SEVİNDİRDİ 16 Oktyabr 2019, 18:56 Azərbaycan bu təşkilata üzv qəbul edildi 16 Oktyabr 2019, 18:44 Goranboyda körpə qəfildən ölüb - səbəbi araşdırılır 16 Oktyabr 2019, 18:36 Prezident Mayıl Əhmədova orden verdi 16 Oktyabr 2019, 18:20 Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ 16 Oktyabr 2019, 18:08 “Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə   16 Oktyabr 2019, 17:57 Nazarbayev Bakı bulvarında piyada gəzdi - FOTO 16 Oktyabr 2019, 17:42 Messi 6-cı dəfə “Qızıl buts” aldı 16 Oktyabr 2019, 17:33 Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA 16 Oktyabr 2019, 17:18 Ağsuda betonqarışdıran maşın qaz kəmərini qırdı 16 Oktyabr 2019, 17:08 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul edib 16 Oktyabr 2019, 17:00