Arxiv
2 Noyabr 2009, 15:52 | ÖLKƏ
Oktyabrda Azərbaycanda 33 nəfər intihar edib

Dünyanın bəzi ölkələrində olduğu kimi, Azərbaycanda da intihar edənlərin sayı artmaqdadır. Modern.az sentyabrın əvvəlindən mətbuatın intihar edənlərlə bağlı məlumatları əsasında aylıq hesablama aparır. Medianın xəbər verdiyi bu intihar hadisələri hüquq-mühafizə orqanları tərəfindən də təsdiqlənib. Bizim statistika göstərir ki, son vaxtlar Azərbaycanda intihar edənlər arasında özünü qumbara ilə partladanlar, binaların hündür mərtəbələrindən atılanlar da var. Beləliklə, Modern.az oktyabr ayında 33 intihar faktı qeydə alıb. Həyatlarına qəsd edənlərin 9 nəfəri qadındır. Onlardan üç nəfəri özünü asıb, üçü özünü yaşadığı binaların müxtəlif mərtəbələrindən atıb, bir nəfər ülgüclə damarlarını doğrayaraq  intihar edib. Sabirabad rayon sakini olan 31 yaşlı Xoşbəxt Əhmədova isə Bakıda "Femida" MMC-nin hüquq məsləhətxanasında özünü bıçaqlayaraq həyatına qəsd edib. Otən ay özünə qəsd edənlərin iki nəfəri məktəbli olub. Lənkəran rayonu Nərimanabad qəsəbəsində bir 11-ci sinif şagirdi və Göygöl rayonunda 15 yaşlı yeniyetmə özünü asıb. Oktyabr ayında intihar edənlərin 22 nəfəri kişidir. Onların 15 nəfəri özünəqəsdi asmaq yolu ilə həyata keciriblər. Özlərini öldürənlərin iki nəfəri məcburi köşkündür. Xəstəlikdən əziyyət çəkdiyi bildirilən 29 yaşlı Əhməd Əhmədov Ağdam rayonunda, kəlbəcərli Sabir Həsənov isə məskunlaşdığı Gəncə şəhərində özünü asıb. Ötən ay Bakıda 34 yaşlı şirkət rəhbəri, Laçın rayonunda anadan olan, "Oray" MMC-nin rəhbəri Qaşqay Həsənov da özünü kəndirlə asıb. Q.Həsənov tikinti biznesi ilə məşğul olmazdan əvvəl hərbci olub. Qarabag savaşında xidmətlərinə gorə, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Mərhumun ölümündən əvvəl yazdığı məktubda borclu olduğu adamların adları və borcun məbləği yazılıb. Binəqədi rayon Prokurorluğundan verilən məlumata gorə, məktubda mərhumun 6-7 nəfərə ümumilikdə 60 min manatadək borclu oldugu göstərilib. Oktyabrda Bakıda milliyətcə rus olan 62 yaşlı biznesmen Aleksandr Yuriyev borca düşdüyünə görə, özünü tapança ilə vurub. Rus milliyətindən olan 60 yaşlı Antosin Vladimir Aleksandroviç isə özünü asıb. Ötən ay qeydə alınan statistika özünəqəsd hallarının müxtəlif üsullarla həyata kecirildiyini göstərir. Məsələn, 42 yaşlı Şəki rayon sakini Rəhman Zakirov özünü qumbara ilə partladıb, Suraxanı rayon sakini 25 yaşlı Rauf Səmədov yaşadığı binanın 9-cu mərtəbəsindən atılıb, 18 yaşlı Ucar rayon sakini Etibar Abdullayev isə ov tüfəngi ilə özünə qəsd edib. Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Atalar Mehdiyev əvvəlcə arvadını ailə münaqişəsi zəminində balta ilə vurub, sonra özünə bıçaqla çoxsaylı xəsarətlər yetirərək intihar edib. Ötən ayın son intiharı Suraxanı rayonunda qeydə alınıb. Abşeron Rayon Polis İdarəsi dəftərxanasının müdiri 51 yaşlı Nizami Babayev yaşadığı mənzildə özünü asıb.

Oktyabr ayında 21 nəfər intihara cəhd edib. Xoşbəxtlikdən həmin şəxslər sağ qalıb. Özunə qəsd etmək istəyənlrin 7 nəfəri qadın olub. Sabuncu rayonunda 30 yaşlı  Xudu Xudiyev, Nəsimi rayon Polis Idarəsində isə narkotika satmaqda təqsirli bilinən 56 yaşlı Zakir Kazımov bıçaqla özlərinə xəsarət yetiriblər. Ağır Cinayətlərə Dair İslər üzrə məhkəmədə narkotika alverində təqsirli bilinərək barəsində 3 il azadlıqdan məhrumetmə cəzası çıxarılmasına etiraz edən Natiq Zeynalov kəsici alətlə özünə xəsarət yetirib. Yasamal rayonunda Yeganə Həsənova ailə münaqişəsi zəminində xlor içib. İkinici qrup Qarabağ əlilləri 46 yaşlı Füzuli Əliyev 1 saylı Şəhər Xəstəxanasında tibb müəssisəsinə qəbul edilməməsinə etiraz olaraq qollarını kəsib, 34 yaşlı Füzuli Hüseynov isə Yasamal rayon Sosial Təminat İdarəsində ona arayış verilməməsinə görə özünü 3-cü mərtəbədən atıb. Sumqayıtda Gülbəniz Məmmədova, Bakıda Milli Park ərazisində Salatın Əliyeva özlərini dənizə atıblar. Gəncədə Zülfiyyə Məmmədova intihar məqsədi ilə dərman içib, 30 yaslı Ziyafət Bayramova adlı qadın isə üstünə neft tökərək özünü yandırıb.

Xatırladaq ki, Modern.az-ın sentyabrda apardığı statistikada 31 nəfərin özünü öldürməsi qeydə alınmışdı.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Arzu edirəm ki, növbəti 10 sutkanı Şuşada yatım” - Kamil Zeynallı 23 Oktyabr 2020, 10:04 “Müasir kimyanın problemləri və inkişaf tendensiyaları" mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcək   23 Oktyabr 2020, 09:58 Xorvatiya mətbuatında Qarabağın Azərbaycan ərazisi olduğu qeyd olunur - Səfir 23 Oktyabr 2020, 09:52 Hər məntəqədə azı bir dağıdılmış ev, vurulmuş hərbi texnika olduğu kimi saxlanılsın - JURNALİSTLƏRDƏN TƏKLİF 23 Oktyabr 2020, 09:46 Bakıda iki nəfər köməksiz qaldı 23 Oktyabr 2020, 09:40 Azərbaycanın meşə sahəsinin 25 faizi işğal olunmuş ərazilərdə yerləşir 23 Oktyabr 2020, 09:34 “Brent” yenidən ucuzlaşdı 23 Oktyabr 2020, 09:28 Dolların bu günə olan məzənnəsi 23 Oktyabr 2020, 09:25 Qarabağda ilk mobil rabitə! 23 Oktyabr 2020, 09:23 Novruz Aslanov növbəti onlayn qəbul keçirib   23 Oktyabr 2020, 09:19 Azərbaycan Ordusu Şanlı tarix yazır 23 Oktyabr 2020, 09:16 Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı 23 Oktyabr 2020, 09:11 Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 23 Oktyabr 2020, 09:06 “İnstaqram”ın işində nasazlıqlar yaranıb 23 Oktyabr 2020, 09:00 ABŞ işlənmiş F-16-larını bu ölkəyə bağışlayacaq 23 Oktyabr 2020, 08:54 Düşmən əsgərləri fərarilik edərək mövqelərdən qaçır - MÜDAFİƏ NAZİRLİYİ 23 Oktyabr 2020, 08:30 Ordumuz irəliləyir: vacib ərazi və yüksəkliklər ələ keçirildi - RƏSMİ 23 Oktyabr 2020, 08:22 Dünyada koronavirusa yoluxanların sayında YENİ REKORD 23 Oktyabr 2020, 08:16 Dəməşq muftisi terror hücumu nəticəsində öldürüldü 23 Oktyabr 2020, 08:10 Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı 23 Oktyabr 2020, 08:05 1 milyon dollarlıq İncil ələ keçirildi 23 Oktyabr 2020, 08:00 İsrail raket atəşinə tutuldu 23 Oktyabr 2020, 02:28 Bakıda komendant rejimini pozan sürücü qəza törətdi - FOTO 23 Oktyabr 2020, 02:25 Avropa Liqasında bütün NƏTİCƏLƏR 23 Oktyabr 2020, 01:03 “Qarabağ” “Makkabi”yə məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2020, 00:55 Dünyada sutkalıq koronavirusa yoluxma rekord həddə çatdı 23 Oktyabr 2020, 00:52 Rusiyalı həmsədr Qarabağ danışıqları üçün ABŞ-a yollandı 23 Oktyabr 2020, 00:40 Putinin MESAJI - Rusiya lideri nə demək istədi? - ŞƏRH 23 Oktyabr 2020, 00:33 “Rusiya qoşunlarının Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır” - Dövlət Duması 23 Oktyabr 2020, 00:32 Cəbhə gündəliyi: 22 oktyabrda nələr oldu... 23 Oktyabr 2020, 00:25 Fuad Muradovdan xaricdə yaşayan azərbaycanlılara ÇAĞIRIŞ 23 Oktyabr 2020, 00:19 Polşada ermənilər azərbaycanlılara atəş açdı - FOTO 23 Oktyabr 2020, 00:02 Azərbaycan millisinin DÇ-2022-dəki rəqibləri bu tarixdə müəyyənləşəcək 22 Oktyabr 2020, 23:39 ““İki dövlət, bir millət” sadəcə bir şüar deyil” - Mustafa Şentop 22 Oktyabr 2020, 23:25 Bakıda iki bacını maşın vurdu 22 Oktyabr 2020, 23:18