Modern.az

Bakıda 19 yaşlı qız "Mercedes”i qaçırdı

Bakıda 19 yaşlı qız "Mercedes”i qaçırdı

4 Noyabr 2016, 13:58

Bakıda 19 yaşlı qız maşın qaçırıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə noyabrın 3-də Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.

Bakı şəhər sakini Natiq Zülfüqarova məxsus "Mercedes" markalı avtomobilinin qaçırılması barədə polisə məlumat verib.

Daxil olmuş məlumata əsasən DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən həmin avtomobilin Q.Qarayev prospektində hərəkətdə olması aşkar edilib və Bakı BPİ DYPİ əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılıb.

Avtomobili idarə edən Bakı şəhər sakini, 19 yaşlı Aygün Hüseynova və avtomobil 15-ci PB-yə təhvil verilib.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub