Modern.az

Azad İstehlakçılar Birliyi təhlükəli siqaretlər barədə həyəcan təbili çaldı

Azad İstehlakçılar Birliyi təhlükəli siqaretlər barədə həyəcan təbili çaldı

Aktual

4 Noyabr 2016, 17:57

“Azəri Korporasiyası” MMC insan sağlamlığı üçün təhlükəli olan siqaret istehsal edir”.
Bu haqda Modern.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məlumat verib.

 

O deyib ki, dəfələrlə lazmı orqanlara müraciət edilsə də, nəticə hasil olmayıb:

“Biz Şəki şəhəri, D.Bünyadzadə küçəsində yerləşən “Azəri Korporasiyası” MMC tərəfindən istehsal olunan “Karvan” siqaretləri və Şəki şəhərində Küngüt kəndində “Şəki” siqaretlərinin xaricdə ekspertizasının keçirildiyini, tərkibində olan təhlükəli maddələrin normadan artıq olduğunu, bu siqaretlərin istehsalına Səhiyyə Nazirliyinin gigiyenik sertifikat verdiyini və s. bildirmişik.


Bu siqaretlərin bütün növü-istər filterli olsun, istərsə də filtersiz növləri təhlükəlidir. Xaricdə apardığımız kespertizalar nəticəsində məlum olub ki, zərərli maddələr 67 faiz çoxdur. Bunu Səhiyyə Nazirliyi də, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də təsdiq edib. Amma “Azəri” korprasiyası bundan əl çəkmək əvəzinə, yeni siqaretin istehsalına başlayıblar”.


O deyib ki, dövlət orqanlarına AİB tərəfindən göndərilən məktublar hələ də cavabsız olaraq qalır:


“Dövlət orqanlarının əhalinin sağlamlığına biganəliyi “Azəri Korporasiyası”nı ruhlandırmış və yeni “PRAMİDA” siqareti istehsalına sövq edib.


“Azad İstehlakçılar” İctimai Birliyi (AİB) çalışacaq ki, bu siqaretlərin də xaricdə eksperizasını keçirsin və valideynlərin AİB-ə çoxsaylı telefon zənginə cavab olaraq hər bir məktəbli üçün əlyetərli olan 40-50 qəpiyə satılan bu siqaretlərin də satışının məhdudlaşdırılmasına nail olsun. Bir daha qeyd edirik ki, siqaretin bütün növləri təhlükəlidir, ən bahalısı belə olsa”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub