Arxiv
5 Noyabr 2016, 16:24 | PARLAMENT
“Rusiya və Türkiyə Qarabağda baş-başa gələ bilər”

Bu ilin aprel ayında Dağlıq Qarabağda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən 4 günlük hərbi əməliyyatlardan uzun müddət sonra cəbhədə artıq sanki canlanma hiss olunur.

Ermənistanın silahlı qüvvələrinin Ağdamın işğal altındakı kəndlərində bir ay bundan qabaq başlayan hərbi təlimləri sanki aprel hadisələrinin yenidən başlaya biləcəyinə işarə edir.

Təbii ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın təmas xəttində hər bir addımını ciddi cəhdlə izləyir, vəziyyəti nəzarətdə saxlamağa çalışır.

Bəs görəsən bu gün Ermənistan-Azərbaycan cəbhə xəttində nə baş verir ? Ermənistanın apreldə aldığı zərbələrdən sonra yeni planı nədir?

Seyran Ohanyanın yerinə gətirilmiş “diplomat” müdafiə naziri Vigen Sarkisyan cəbhədə nə etmək istəyir ?

 

“Ermənistan ordusundakı zabitlər yeni müdafiə nazirindən narazıdır...”

 

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlamasında son günlər hiss olunan hərbi canlanmanı bu cür şərh edib:

“Ermənistan hökuməti 4 günlük müharibəyə qurban verildi və tamamilə tərkibini dəyişdilər. Yeni müdafiə naziri beynəlxalq münasibətlər və diplomatiya sistemdən gələn  bir adamdır.

Bu gün erməni ordusunda yeni nazirə qarşı “Qarabağda mən can qoymuşam, nəyə görə nazir mən olmamalı idim” deyən hərbiçilərin narazılığı var.

Silahlı qüvvələr içində bu gün xeyli müxalif  dəstə yetişir. Vigen Sarkisyan da buna görə də düşünür ki, bütün cəbhə boyu ərazilərdə özünü göstərməlidir. Bu həm nazir kimi özünün və həm də Sarkisyanın nüfuzunun artırılmasına hesablanıb. Ağdam daxil olmaqla bir sıra ərazilərə silah-sursat, gecə görmə cihazları və kəşfiyyat arsenalı gətirilib”.

 

“Rusiya Ermənistanı Azərbaycana satdı...”

 

Deputat bildirib ki, Ermənistan “İsgəndər-E”  raketini nümayiş etdirməklə erməniləri arxayın salmaq istəyir

“Azərbaycan aprel ayından sonra operativ taktiki şəraiti nəzərə alaraq daha müasir və güclü silahlarını yerləşdirib. Buna görə də sonuncu paradda Gümrüdəki “İsgəndər-E” raketi gətirib öz gücləri kimi ermənilərə sırımağa çalışırlar.

Cəbhədəki son təxribatlar sübut edir ki, apreldə verilmiş olan vədlərin hələ də yerinə yetirilməməsi ermənilərdə ciddi narazılıq yaradır. Ermənilər bu gün “aprel hadisələrindən sonra Rusiya bizi Azərbaycana satdı, Azərbaycanı silahlandırdı” obrazını yaratmağa çalışırlar. Cəbhədəki son təxribatlar da məhz bununla bağlıdır”.

 

“Türkiyə və Rusiya Qarabağda baş-başa gələ bilər...”

 

Z.Oruc söyləyib ki, cəbhə xəttində yenidə hava hücumları başlasa, münaqişə regiondan çıxacaq:

“Artıq Ermənistanın hansısa cəhdlərlə vəziyyəti apreldən qabaqkı formaya gətirməsi mümkünsüzdür. Onlar bunu bilirlər. Son aylar Türkiyə-Azərbaycan birgə hava təlimlərinin genişlənməsi də sübut edir ki, əgər Qarabağdakı hərbi əməliyyatlar hava hücumu səviyyəsinə qalxsa, münaqişə Azərbaycan-Ermənistan məcrasından çıxaraq region və digər super güclərin səviyyəsinə keçəcək.

Nəticədə Rusiya və Türkiyə Qarabağda baş-başa gələ bilər. Amma Azərbaycanda bu gün bunda maraqlı deyil. Əgər regionda belə bir iri miqyaslı hərbi əməliyyatlar başlasa bu artıq bizim yox, böyük güclərin müharibəsi olacaq. Nəticədə isə bu müharibədə nə Azərbaycan və nə də Ermənistan qalib gəlməyəcək. Bu ancaq hər iki tərəf üçün məğlubiyyət olacaq”.

 

Ağa AKİFOĞLU

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ Krımın ilhaqını heç zaman tanımayacaq - Co Bayden 27 Fevral 2021, 01:28 Dünyada koronavirusun olmadığı yerlər 27 Fevral 2021, 01:08 Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək 27 Fevral 2021, 01:00 Bakıda gənc oğlanı maşın vurdu 27 Fevral 2021, 00:53 İlham Əliyevin 4 saatdan çox davam edən mətbuat konfransının TAM MƏTNİ 27 Fevral 2021, 00:40 İtkin düşən polkovnik-leytenantın şəhid xəbəri gəldi 27 Fevral 2021, 00:32 İlham Əliyevdən “İsgəndər” AÇIQLAMASI 27 Fevral 2021, 00:23 “Deyirdim ki, sizin əl sıxdığınız insanlar məscidlərdə donuz saxlayanlardır” 27 Fevral 2021, 00:11 İmişlidə qadın üç övladı ilə çadırda yaşayır – VİDEO 26 Fevral 2021, 23:58 ABŞ İrana qarşı sanksiyaları yumşaltmayacaq - Ağ Evdən açıqlama 26 Fevral 2021, 23:45 ATƏT PA-da Ermənistanın törətdiyi hərbi cinayətlərin siyahısı xatırlandı – VİDEO 26 Fevral 2021, 23:32 “Ya bu şirkətlər bizə təzminat ödəyəcəklər, ya da ki, məhkəməyə gedəcəklər” - Prezident 26 Fevral 2021, 23:18 Əfqanıstanda hərbi bazaya hücum oldu 26 Fevral 2021, 23:04 Zaqatalada piyadanı maşın vurdu 26 Fevral 2021, 22:53 Avropa xəbər agentlikləri postpandemiya dövründə fəaliyyəti müzakirə etdilər 26 Fevral 2021, 22:44 BMT Təhlükəsizlik Şurasından peyvəndlərlə bağlı vacib qərar 26 Fevral 2021, 22:33 Vyanada Xocalı soyqırımı qurbanları anıldı 26 Fevral 2021, 22:20 Almaniyada beş məscid bağlandı 26 Fevral 2021, 22:08 Dolların bahalaşması qızılı ucuzlaşdırdı 26 Fevral 2021, 21:54 Gədəbəydə atı ağacdan asdılar, polis araşdırmaya başladı 26 Fevral 2021, 21:41 “Dünyada bir daha soyqırım olmaması üçün Xocalı caniləri cəzalandırılmalıdır” 26 Fevral 2021, 21:35 Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşdi 26 Fevral 2021, 21:28 “Sülhməramlıların nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıdacaqlar” - İlham Əliyev 26 Fevral 2021, 21:13 Elxan İbrahimov Müdafiə Nazirliyindən uzaqlaşdırılıb? - AÇIQLAMA 26 Fevral 2021, 21:01 “Rusiya və Azərbaycan dost ölkələrdir” - İlham Əliyev 26 Fevral 2021, 20:50 Ermənistan prezidenti baş qərargah rəisi ilə görüşdü 26 Fevral 2021, 20:39 “Bu tragikomediyaya son qoyulmalıdır” 26 Fevral 2021, 20:27 "Qondarma "DQR" rəhbərinin məsuliyyətə cəlb olunmasına nail olacağıq" - Kamran Əliyev 26 Fevral 2021, 20:18 Heç vaxt özünə ad günü keçirməyən Aprel Şəhidi - FOTOLAR 26 Fevral 2021, 20:12 Prezident Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətindən danışdı 26 Fevral 2021, 20:07 İƏT-in Parlament İttifaqı Xocalı ilə bağlı bəyanat YAYDI 26 Fevral 2021, 20:00 Xocalı soyqırımı törədiləndə dünya susmuşdu - İlham Əliyev 26 Fevral 2021, 19:52 NATO-nun mənzil-qərargahında Xocalı qurbanları anılıb - FOTO 26 Fevral 2021, 19:45 Türkiyə gəncləri “Xocalıya ədalət” tələb edir - FOTOLAR 26 Fevral 2021, 19:37 Bakıda prospektdəki qəza tıxac yaratdı 26 Fevral 2021, 19:30