Arxiv
24 Noyabr 2016, 16:37 | AKTUAL
“Biz bilməliyik ki, Kərbəla, Məşhəd ziyarətini hansı niyyətlə təşkil edirlər”  

“Biz bilməliyik ki, Kərbəlaya, Məşhədə ziyarətləri hansı təşkilatlar, kimlər, hansı məqsəd və niyyətlə təşkil edir. Azərbaycanda Kərbəlaya, Məşhədə ziyarətlər qadağan deyil. Ancaq bu səfərlərin təşkili tənzimlənməlidir”.

 

Modern.az-ın xəbərinə görə, bu sözləri Kərbəlaya ziyarətə gedən 500-ə qədər azərbaycanlının İraq-İran sərhədində problemlə üzləşməsinə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

 

Komitə sədri bildirib ki, dini yerlərə ziyarətlərlə əlaqədar qaydalar var:

 

“Həmin dini yerlərə ziyarətlərə təşkil edən şirkətlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığını aldıqdan sonra bu fəaliyyəti həyata keçirməlidir. Burada yalnız Həcc ziyarəti istisnadır, Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Səudiyyə Ərəbistanı ilə imzalanmış protokol əsasında həyata keçirilir. Digər dini yerlərə ziyarət təşkil edən şirkətlər müvafiq icazələr almalıdır. Çox təəssüf ki, son səfəri təşkil edənlər bunu qeyri-qanuni şəkildə həyata keçiriblər”.

 

Mübariz Qurbanlı söyləyib ki, İrana, İraqa getmək istəyən vətəndaşlar sərhəd-keçid məntəqəsində problemlə üzləşmirlər:

 

“Viza məsələsində hər hansı problemlə qarşılaşmırlar. Səudiyyə Ərəbistanında konkret viza sistemi var. Amma İrana viza sistemi olmadan bu cür ziyarətlər təşkil edirlər. Biz bu məsələləri araşdırırıq. Bəzi qurumlara bununla bağlı təkliflərimizi də vermişik. Hesab edirik ki, kollektiv şəkildə hansısa qrupları dini ziyarətə aparan şirkətlərə sərhəd-keçid məntəqələrində diqqət yetirilməlidir. Bu şirkətlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən icazə almalıdır. Bu ziyarətləri kimlərin təşkil etməsi, kimlərin ziyarətə getməsi aydınlaşdırılmalıdır. Çünki yüzlərlə insan ziyarət adı altında xarici ölkələrə aparılır, müəyyən qruplar tərəfindən təsir altına alınır. Bəziləri hətta xarici ölkələrə gedərkən Azərbaycanın maraqları əleyhinə hərəkətlərə yol verir”.

 

Hökumət rəsmisi vurğulayıb ki, dövlət Kərbəlaya ziyarətə hər hansı qadağa qoymaq niyyətində deyil:

 

“Ziyarətlər üçün tam azad, sərbəst şərait yaradılıb. Ancaq ziyarətlərin təşkilində bir nizam-intizam olmalıdır”

 

Ağa AKİFOĞLU

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paris qarışdı - maşınlar yandırlır, mağazalar talan edilir 5 Dekabr 2020, 21:42 Koronavirus qripdən necə fərqlənir? 5 Dekabr 2020, 21:28 Düşmən əsgərləri Hadrut ətrafındakı meşəliklərdə gizlənir 5 Dekabr 2020, 21:15 Kürdəmirdə maşın aşdı 5 Dekabr 2020, 21:00 Parisdə gərginlik - etirazçılar polisi daşa tutdu 5 Dekabr 2020, 20:50 Türkiyədə koronavirusdan rekord sayda ölüm 5 Dekabr 2020, 20:35 Türkiyə və Rusiya hərbçilərinin Qarabağda yerləşəcəyi ərazi bilindi 5 Dekabr 2020, 20:19 Akar Türkiyə silahlarının Qarabağ müharibəsinə təsirindən DANIŞDI 5 Dekabr 2020, 20:04 Nələr gizlədər döyüşçü ürəyi... 5 Dekabr 2020, 19:36 Bakıda çoxmərtəbəli bina yandı - 12 nəfər təxliyə olundu 5 Dekabr 2020, 19:22 Müxalifət Paşinyana istefa üçün vaxt verdi 5 Dekabr 2020, 19:15 Sarkisyan Paşinyanı xain adlandırdı 5 Dekabr 2020, 18:16 Qələbə Paradında 3 mindən çox hərbçi, 150-dək texnika iştirak edəcək - VİDEO 5 Dekabr 2020, 17:52 İtaliya Parlamenti Deputatlar Paltasının nümayəndə heyəti Gəncədə - FOTOLAR 5 Dekabr 2020, 17:37 Ərdoğan: “Qarabağda qazanılan zəfər Azərbaycana ana südü kimi halaldır” 5 Dekabr 2020, 17:26 Kəlbəcərin füsunkar təbiəti FOTOLARDA 5 Dekabr 2020, 17:10 İranın sabiq vitse-prezidenti həbs edildi 5 Dekabr 2020, 16:46 Qanunsuz işləyən hazırlıq kursu aşkarlandı 5 Dekabr 2020, 16:38 Gömrük Xidmətinin şəhidliyə yüksələn 26 yaşlı əməkdaşı... 5 Dekabr 2020, 16:32 Ceyhun Bayramov yenidən Lavrovla MÜZAKİRƏ APARDI 5 Dekabr 2020, 16:24 Daha 4323 yeni yoluxma, 42 ölüm... 5 Dekabr 2020, 16:20 Bu bölgələrdə xüsusi karantin rejimi uzadıldı - QƏRAR 5 Dekabr 2020, 16:18 İraq Türkmən Cəbhəsinin sədri Prezidenti təbrik edib 5 Dekabr 2020, 15:52 Müdafiə Nazirliyinin “qaynat xətti” fəaliyyət göstərir 5 Dekabr 2020, 15:44 Köhnə dünyanı yeni təfəkkürlə qavrayan böyük şair - Cavanşir Feyziyev 5 Dekabr 2020, 15:38 Sülhməramlıların Laçın dəhlizi və Şuşa istiqamətindəki postları - FOTOLAR 5 Dekabr 2020, 15:31 Dağlıq Qarabağda yaradılacaq Türk-Rus Ortaq Mərkəzi - Təfərrüatlar nələrdir? 5 Dekabr 2020, 15:29 Fazil Məmmədov holdinqində bacısı oğluna vəzifə verdi 5 Dekabr 2020, 15:21 Yerevanda Paşinyanın istefası təbəilə mitinq keçirilir 5 Dekabr 2020, 15:14 Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər 5 Dekabr 2020, 14:56 Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlarla tutarlı cavab verib 5 Dekabr 2020, 14:43 "Napoli"nin stadionuna Maradonanın adı verilib 5 Dekabr 2020, 14:35 Cənublu soydaşlarımızın Qarabağ SEVİNCİ: “Hər kəs şirniyyat paylayırdı” 5 Dekabr 2020, 14:25  “Şəhidlərimizin qırxı çıxmamış toy etmək hörmətsizlikdir” - ETİRAZ 5 Dekabr 2020, 14:15 Azərbaycanın Polşadakı səfirliyi bir qrup soydaşımızı təltif edib 5 Dekabr 2020, 14:09
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?