Modern.az

Türkiyə-Azərbaycan Biznes Forumu keçiriləcək

Türkiyə-Azərbaycan Biznes Forumu keçiriləcək

4 May 2017, 18:24

Sabah Türkiyənin İqtisadiyyat Nazirliyinə bağlı Şərqi Qaradəniz İxracatçılar Birliyinin (Doğu Karadeniz İhracatçılar Birliği) təşkilatçılığı ilə Bakıda Türkiyə-Azərbaycan Biznes Forumu keçiriləcək.

 

Türkiyənin Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, Türkiyədən, 25-30 nəfərlik türk iş adamlarından ibarət nümayəndə heyətinin də iştirak edəcəyi forumda hər iki ölkənin işadamları arasında ikitərəfli görüşlər reallaşacaq.

 

Biznes Forumda inşaat və elektrik materialları, qida məhsulları, plastik, havalandırma, ev, ofis və restoran mebelləri, tekstil və.s. sektorlarda fəaliyyət göstərən, beynəlxalq standardlara cavab verən məhsul istehsalı və ixracı ilə məşğul olan türk firmaları iştirak edəcək.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü