Modern.az

40 sürücü jalüzə görə cərimələnib

40 sürücü jalüzə görə cərimələnib

Aktual

8 May 2017, 21:45

Mayın 1-dən bu günə qədər Bakıda avtomobillərdə pərdə və jalüzlərin istifadəsi ilə bağlı standartları pozan 40-a yaxın sürücü inzibati məsuliyyətə cəlb edilib. Modern.az xəbər verir ki, bunu "Trend"ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, yol polisi əməkdaşları qeyd olunan məsələ ilə bağlı nəzarəti gücləndirib və müəyyən olunmuş standartları pozan sürücülər inzibati məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, mayın 1-dən etibarən avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilib və bu icazə noyabrın 15-ə qədər qüvvədə olacaq. Lakin pərdə və jalüzlər müəyyən olunmuş standartlara uyğun olmalıdır. Tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunur.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?