Arxiv
16 Noyabr 2009, 18:10 | MEDİA
Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyası növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda Şura sədrinin müavini Umud Rəhimoğlu komissiya üzvlərinə gündəlikdə duran məsələlər barədə məlumat verib. 

İlk olaraq millət vəkili Nazim Məmmədovun «Yeni Müsavat» qəzeti ilə bağlı müraciətinə baxılıb. Komissiya rəyə gəlib ki, qəzetin şikayət doğuran materiallarında «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir sıra prinsip və bəndləri pozulub. Komissiya nəşrə bu kimi mövzuların təqdimatı zamanı ifadə seçiminə həssas yanaşmağı tövsiyyə edib. Həmçinin «Yeni Müsavat»ın təkzib verməsini vacib sayıb.

 

İclasda «Gündəlik Bakı» qəzeti ilə bağlı 2 şikayətə baxılması nəzərdə tutulsa da, bunlardan biri Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi təmsilçisinin müzakirəyə qatılmaması səbəbindən baş tutmayıb. Mövcud prosedur qaydaya əməl olunmadığından məsələ gündəlikdən çıxarılıb. Şikayətlər üzrə Komissiya eyni səbəbdən «Bank Respublika» ASC-nin «Hakimiyyət» qəzetinə qarşı şikayətinə də baxmayıb.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Gündəlik Bakı» qəzeti ilə bağlı müraciəti tərəflər arasında anlaşma əldə olunması ilə yekunlaşıb. Komissiya bunu nəzərə almaqla yanaşı nəşrdə nazirlik barəsində gedən yazılarda etik prinsiplərin dəfələrlə pozulduğunu qəzet rəhbərliyinin diqqətinə çatdırıb.

 

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqları Respublika Komitəsinin «Təzadlar» qəzeti ilə əlaqədar şikayətinin müzakirəsi zamanı nəşrin baş redaktoru Asif Mərzili «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən cavabdehliyi materialı hazırlayan Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin daşıdığını bildirib. Lakin qeyd olunub ki, bu, yazının sonunda göstərilmədiyindən iddia əsassızdır. Komissiya rəyə gəlib ki, «Təzadlar» qəzeti narazılıq doğuran yazıya görə məsuliyyəti istinad mənbəyini göstərdiyi halda daşımaya bilərdi. Mövcud vəziyyətdə isə material etik prinsiplərə sayğısızlıqla təqdim olunub. Baş redaktor A.Mərzili məsələ ilə bağlı təkzib verməyə hazır olduğunu deyib. 

Növbəti məsələnin müzakirəsində «Qaynar xəbər» qəzetinin təmsilçisi Bakı şəhər 7 saylı uşaq poliklinikası barədə bu nəşrdə gedən yanlış məlumatlara görə qarşı tərəfdən üzr istəyib, təkzib verməyə hazır olduğunu bildirib. Komissiya məsələnin həlli üçün bunu yetərli sayıb.

 

Naftalan şəhərindən bir qrup sakinin «Xoca Nəsrəddin» jurnalında gedən nümunələrdə mili, etnik zəmində təhqirlərə, ayrıseçkiliyə yol verilməsi, bu zaman jarqon ifadələrin işlədilməsi ilə əlaqədar müraciəti də komissiyanın müvafiq rəyinin qəbulu ilə nəticələnib. Jurnal barədə yekun qərar Şuranın İdarə Heyəti tərəfindən verilməsi məqsədəuyğun sayılıb.

 

Ceyranbatan qəsəbə sakinlərinin «Güzgü» qəzeti ilə bağlı şikayəti müzakirə edilərkən məsələnin daha ətraflı araşdırılmasına ehtiyac duyulduğu vurğulanıb və konkret tədbirlərin müəyyənləşdirilməsi üçün Şura İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin rəhbərliyi ilə qrup yaradılıb.

  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda 102 evə ilk dəfə  təbii qaz verildi 12 Dekabr 2019, 21:04 “Qarabağ” “Düdelanj”a qarşı bu heyətlə oynayacaq 12 Dekabr 2019, 20:51 ABŞ Çinlə ticarət sazişini imzalayır 12 Dekabr 2019, 20:37 Yol polisindən piyadavurmaların qarşısını alacaq yenilik 12 Dekabr 2019, 20:24 Bu məhsullar bahalaşdı - SİYAHI 12 Dekabr 2019, 20:10 Abşeronda villa yandı 12 Dekabr 2019, 19:59 Heydər Əliyevin xatirəsi Belqradda anıldı 12 Dekabr 2019, 19:47 Messi “El Klassiko”nu gözləyir 12 Dekabr 2019, 19:33 AŞPA Azərbaycanda keçiriləcək parlament seçkilərini müzakirəyə ÇIXARIR 12 Dekabr 2019, 19:09 UEFA-dan “əsgər salamı” qərarı 12 Dekabr 2019, 18:56 Goranboyda məktəblini maşın vurdu 12 Dekabr 2019, 18:36 Həştərxanın qubernatoru Nərimanovda olub 12 Dekabr 2019, 18:29 102 FM tezliyi üçün sənəd qəbulu başa çatdı - 5 iddiaçı var 12 Dekabr 2019, 18:17 Finlandiyanı qadınlar idarə edəcək - Zərif məxluqlar əsas POSTLARDA 12 Dekabr 2019, 18:03 Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb 12 Dekabr 2019, 17:40 Səhhəti pisləşən xalq artistindən XƏBƏR VAR 12 Dekabr 2019, 17:32 Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 12 Dekabr 2019, 17:29 Bibiheybət yolu nə zaman təmir olunacaq? 12 Dekabr 2019, 17:12 Azərbaycan Dünya Bankının kreditindən imtina edib  12 Dekabr 2019, 17:05 Millimizin sabiq futbolçusu həbs edildi 12 Dekabr 2019, 16:50 "Quş qripi" ilə bağlı monitorinqlərə başlanılır 12 Dekabr 2019, 16:44 Diaspor fəalları Kiyevdə Heydər Əliyevi andı - FOTOLAR 12 Dekabr 2019, 16:38 YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq” 12 Dekabr 2019, 16:36 Vasif Talıbov yeni qurum yaratdı 12 Dekabr 2019, 16:30 Tahir Kərimlinin partiyası da seçkilərə gedir 12 Dekabr 2019, 16:23 Bakı metrosunun iş vaxtı uzadıldı    12 Dekabr 2019, 16:16 Əli Əhmədov Zelenski ilə görüşüb 12 Dekabr 2019, 16:10 Ermənilər kilsəyə, məhkəməyə və siyasi partiyalara inamı itirib - SORĞU 12 Dekabr 2019, 16:01 Bakı-Məşhəd istiqamətində birbaşa uçuşlar başlanır 12 Dekabr 2019, 15:55 Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə! 12 Dekabr 2019, 15:50 Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkatmasının vaxtı bilindi 12 Dekabr 2019, 15:44 Heydər Əliyev Mərkəzi ümummilli liderin anım günü ilə bağlı videoçarx hazırlayıb 12 Dekabr 2019, 15:38 “Tərəflərin qarşılıqlı məqbul həll yolu tapması üçün hər şeyi edəcəyik” - Mariya Zaxarova 12 Dekabr 2019, 15:32 Xalq artisti xəstəxanalıq oldu 12 Dekabr 2019, 15:24 “Təəssüf ki, GUAM ciddi bir quruma çevrilmədi” - Ekspert 12 Dekabr 2019, 15:18