Modern.az

Fəvvarələr Meydanında bayram konserti olacaq 

Fəvvarələr Meydanında bayram konserti olacaq 

31 Avqust 2017, 18:38

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri sentyabrın 1, 2-də, saat 19:00-da Fəvvarələr Meydanında baş tutacaq.

 

 

İdarədən Modern.az-a verilən məlumata görə, Qurban bayramı ərəfəsində “Retro Bakı”da tanınmış müğənnilər xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Ədalət Şükürov zəngin konsert proqramı ilə çıxış edəcəklər.

Bakı sakinləri və qonaqlarını maraqlı konsert və rəngarəng rəqslər gozləyir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi