Modern.az

Şəkidə 76 yaşlı qadın sirkə turşusundan zəhərlənib

Şəkidə 76 yaşlı qadın sirkə turşusundan zəhərlənib

Aktual

31 Avqust 2017, 18:46

Şəkidə 76 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 14.00 radələrində Şəki şəhəri M. F. Axundov küçəsi, ev 24 ünvanında yaşayan 1941-ci il təvəllüdlü Tamella Qədir qızı Yüzbaşyeva zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

Şəki MRX-dan APA-ya bildirilib ki, Tamella Yüzbaşyevanın səhvən sirkə turşusu içdiyi məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Tamella Yüzbaşyevaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

 


Faktla bağlı araşdırma aparılır. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı