Arxiv
23 Oktyabr 2017, 17:06 | AKTUAL
Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir - QALMAQAL

Cəlilabadın Alar kəndində yerləşən və Lətif Seyfullayev adlı şəxsin qeyri-qanuni şəkildə rəhbərlik etdiyi 2 nömrəli məktəblə bağlı yeni faktlar üzə çıxıb.

 

BakuPost.az-a daxil olan məlumata görə, məktəbə qeyri-qanuni rəhbərliyi 1 deyil, 2 nəfər edir. Kənd camaatının sözlərinə görə, onun müavini olan keçmiş direktor Həsənağa Əliyevin də bu işlə bağlı rəsmi təyinatı yoxdur. 

 

Belə ki, Həsənağa Əliyev 2015-ci ildə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə direktor vəzifəsindən və 2 nömrəli məktəbdən uzaqlaşdırılıb. Onun yerinə müavini Lətif Seyfullayev təyin edilib. H. Əliyev də məktəbdən uzaqlaşdırılmasına baxmayaraq, müavin kimi fəaliyyət göstərməyə davam edib: "Bəzən isə hətta qeyri-qanuni direktorluq edir. Halbuki Həsənağa Əliyevin adı "direktor müavini” kimi rəsmiləşməyib. Qəribədir ki, Cəlilabad rayon İcra Hakimiyyəti və Təhsil şöbəsi Lətif Seyfullayevi direktor, Həsənağa Əliyevi isə direktor müavini kimi tanıyır, onları iclaslara çağırır, tapşırıqlar verir. Onların əməlləri ilə bağlı yuxarı instansiyalara müraciət olunsa da heç bir tədbir görülmür”.

 

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, L. Seyfullayev bu il ümumtəhsil məktəblərinə direktorların işə qəbulu ilə bağlı imtahanda iştirak edib, birinci mərhələdə kəsilib. Digər tərəfdən, L.Seyfullayevlə məktəb direktoru kimi bağlanmış müqavilə bu ilin iyun ayında başa çatıb. Lakin o, hazırda məktəbə rəhbərliyi qeyri-qanuni şəkildə davam etdirir.

 

Mövcud vəziyyətlə bağlı "Şərq”ə danışan təhsil üzrə ekspert Nabatəli Qulamoğlu baş verənlərin olduqca acınacaqlı olduğunu bildirib. O deyib ki, məktəbdə iki şəxsin qeyri-qanuni olaraq fəaliyyət göstərməsi təhsil sistemindəki boşluğun göstəricisidir:

 

"Bugünkü fakt göstərir ki, icra başçıları ilə Təhsil Nazirliyi arasında ciddi rəqabət var. Keçən il direktoruluğa qəbul imtahanları keçirildi və həmin imtahanda 54 bal toplamış namizəd kənarda qaldı, amma 8 bal toplayan şəxs direktor seçildi. Bunun səbəbi də o idi ki, icra başçısı həmin şəxsi dəstəkləyirdi. Hətta sonda M.Cabbarov icra başçılarına uduzduğunu qəbul edib Nazirlər Kabinetinin iclasında etiraf elədi və dedi ki, "biz bəzi sayda direktoru icra başçılarının razılığını almaqla məktəb direktoru təyin etmişik”. Bu o deməkdir ki, nazirin icra başçılarına gücü çatmır. İcra başçıları söz sahibləridir. İcra başçısının öz namizədi var idi, çünki o namizəd icra başçısının bütün dediklərini sözsüz olaraq yerinə yetirən adamdır. 

 

Həmçinin icra başçılarının təyin etdiyi direktorlarla bağlı neqativ hallar baş verib. İşdən çıxarılmalar da məhz buna görə olub. Həmin neqativ hallarda Təhsil Nazirliyi onları işdən azad edir, lakin icra başçısı direktoru müdafiə edir. Cəlilabaddakı məktəbdə ikihakimiyyətlilik yaranıb, bu, təhsildə çox biabırçı bir vəziyyətdir”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan neftinin qiyməti 56 dolları ötdü 20 Yanvar 2021, 11:48 Sumqayıtda karantini pozan restoran sahibi saxlanıldı 20 Yanvar 2021, 11:42 Baş Konsulluq 20 Yanvarla bağlı qısa film hazırlayıb - VİDEO 20 Yanvar 2021, 11:37 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı 20 Yanvar 2021, 11:32 Şuşanın azad edilməsi gün şəhidlərimizin ruhu rahatlıq tapdı - VİDEO 20 Yanvar 2021, 11:26 “Şəhidlərimizin xatirəsi hər zaman bizim üçün əziz qalacaq” - Sahibə Qafarova 20 Yanvar 2021, 11:20 Nazir polis rəisini işdən azad etdi 20 Yanvar 2021, 11:18 Atamın şilləsi, sevgisi və 20 yanvar 20 Yanvar 2021, 11:16 Göyçayda keçmiş məhkumdan narkotik götürüldü 20 Yanvar 2021, 11:14 Qar ən çox bu rayonlarda yağıb - Faktiki hava 20 Yanvar 2021, 11:10 İlham Əliyev uyğun bilsə Bağçalı öz hesabına Şuşada məktəb tikdirəcək  - Səfir  20 Yanvar 2021, 11:05 “Döyüşmək Vətən borcudur, buna görə özünü kimdənsə üstün tutmaq olmaz” - Qalib zabitlə SÖHBƏT 20 Yanvar 2021, 11:01 Türkiyənin Azərbaycandakı səfiri nə zaman gedir?  -  ÖZÜ AÇIQLADI 20 Yanvar 2021, 10:57 Tramp prezidentliyinin son günü 73 nəfəri əfv etdi 20 Yanvar 2021, 10:51 Məktəblərdə daxili qiymətləndirmələr necə müəyyənləşəcək? 20 Yanvar 2021, 10:47 Qarabağda daha bir erməni hərbçinin cəsədi TAPILDI 20 Yanvar 2021, 10:42 Saat 12:00-də bir dəqiqəlik sükut olacaq 20 Yanvar 2021, 10:40 Los Ancelesdə Qara Yanvar faciəsi barədə film  - VİDEO 20 Yanvar 2021, 10:35 Nazir müavini: “Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm” 20 Yanvar 2021, 10:30 Şuşada tarixi abidələrin monitorinqi aparılır 20 Yanvar 2021, 10:24 Rusiyanın bu şəhərində 50 dərəcə şaxta qeydə alındı 20 Yanvar 2021, 10:18 “Şəhidlərimizin ruhu şaddır” - Prezidentin köməkçisi 20 Yanvar 2021, 10:12 20 yanvar... 300 il keçsə də... 20 Yanvar 2021, 10:06 Putinin sarayı” - Navalnının yeni ARAŞDIRMASI - VİDEO 20 Yanvar 2021, 10:00 Şərin Xeyirə qalib gəldiyi an - 20 Yanvar 20 Yanvar 2021, 09:54 Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı 20 Yanvar 2021, 09:48 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi 20 Yanvar 2021, 09:42 Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi 20 Yanvar 2021, 09:36 Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU 20 Yanvar 2021, 09:30 Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO 20 Yanvar 2021, 09:24 Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq 20 Yanvar 2021, 09:18 Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək 20 Yanvar 2021, 09:12 Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2021, 09:06 Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər 20 Yanvar 2021, 09:00 Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır” 20 Yanvar 2021, 08:49