Arxiv
24 Noyabr 2017, 13:08 | İQTİSADİYYAT
İki azərbaycanlı milyarderin çəkişməsində itirən kim olur...  

İki məşhur azərbaycanlı milyarderin - “Palmali” Şirkətinin prezidenti Mübariz Mənsimovla “Lukoil”un şefi Vahid Ələkbərovun məhkəmə çəkişməsi Azərbaycan cəmiyyətində heç də birmənalı qarşalanmayıb.

Azərbaycandan kənarda yaşayan, uğurlu biznes quran iki milyarder soydaşımızın qalmaqallı məsələsi onlar arasındakı münasibətləri getdikcə gərginləşdirib.

Bəs Azərbaycan əsilli milyarderlərin rəhbərlik etdiyi iki nəhəng şirkət arasında başlanan mübarizədə itirən tərəf kimdir?

Milli Məclisin deputatı Zahid Oruc  Modern.az-a a biznes sahəsində çalışan insanlarda milli mənsubiyyət amillərinin qətiyyən öndə olmadığını deyib:

“Əksinə, bəzən milli məsələlər arxa plana atılır  və yalnız şəxsi mənafelər öndə olur.  Görünür, hər hansısa nöqtədə maraqlar toqquşur, yaxud  da ortada tərəflərdən biri öz öhdəliyini yerinə yetirmək istəmir. Bu konteksdə də dediyiniz məsələ meydana çıxır. O nöqteyi-nəzərdən yanaşsaq ki, onların hər ikisi Azərbaycan mənşəli şəxslərdir, beynəlxalq məkana çıxıblar, transmilli şirkətlər qurublar və yaxşı brendə çevriliblər”.

 Deputatın sözlərinə görə, bu cür hallar heç də millətlərin xarakterini izah etmir.

“İndi onların toqquşması təəssüf ki, bizim millətimizi xarakterizə etməkdən çox uzaq məsələdir. Eyni zamanda, yüzlərlə Rusiya şirkəti arasında baş verən münaqişədən tutmuş, ingilis kampaniyalarının bir-birnin meydanını ələ keçirmək, onların resurslarına, səhmlərinə sahiblənmək davasından da danışa bilərik. Hətta bu cür hallar Amerika qitəsini də əhatə edir. Belə xoş olmayan hadisələr heç də dövlətlərin, millətlərin xarakterini, mental keyfiyyətlərini izah etmir. Ümumiyyətlə, dünyada bu cür nümunələr çoxdur.

Ona görə də açığı, həmin hadisələrlə bağlı media məkanına tərəflərin hər birindən qaynaqlanan informasiya kütləsini intensiv şəkildə  izləmirəm. Düşünürəm ki, hər hansı hüquqi konteksdə məsələ öz həllini tapacaq”.

Xatırladaq ki, azərbaycanlı milyarder Mübariz Mənsimovun sahibi olduğu “Palmali” Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən “Palmali Denizçilik” şirkəti bu ilin iyulunda digər azərbaycanlı milyarder Vahid Ələkbərovun rəhbərliyi altında çalışan, Rusiyanın neft nəhəngi “LUKoil”in “Litasco” şirkətini məhkəməyə verib. Xəzər dənizində daşıma ilə məşğul olan ən böyük şirkətlərdən olan “Palmali” müqavilə qaydalarını pozduğuna görə “Litasco”dan 2 milyard dollarlıq təzminat tələb edir.

Məhkəmə iddiası qaldırılandan 2 ay sonra – sentyabrda “LUKoil” mərkəzi ofisi Cenevrədə yerləşən “Litasco” şirkətinin satılması barədə qərar qəbul edib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ögey ana”da başlayıb “Fəryad”la bitən tale - Ceyhun Mirzəyevə sui-qəsd… 18 Avqust 2019, 09:17 Ağsuda 4 yaşlı uşağı maşın vurdu 18 Avqust 2019, 00:29 “6 adam öldürən cinayətkarın ilk dəfə Baş prokurora danışdığı qətl...”- VƏKİL SİRLƏRİ AÇIR 18 Avqust 2019, 00:11 “Qarabağ”ın ilk oyununu isveçrəli hakimlər idarə edəcək 17 Avqust 2019, 23:42 “Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə naziri 17 Avqust 2019, 23:26 Dənizdə batan 3 nəfər xilas edildi 17 Avqust 2019, 23:09 İsrailə raket hücumu 17 Avqust 2019, 22:49 Azərbaycan tankçıları dördüncü oldu - FOTO 17 Avqust 2019, 22:32 10 569 abituriyent ərizəsini təsdiqlədi 17 Avqust 2019, 22:11 Nazirlik Xətaidə ağacları qorumaq üçün məcburi göstəriş verdi 17 Avqust 2019, 21:47 Nazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi 17 Avqust 2019, 21:28 Avropa Komissiyasının sədri təcili xəstəxanaya yerləşdirildi 17 Avqust 2019, 21:11 Oteldəki yanğında ölənlərin sayı 9-a çatdı 17 Avqust 2019, 20:56 Göyçayda toy karvanında qəzaya düşən 6 nəfər yaralandı   17 Avqust 2019, 20:38 Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıb - FOTO 17 Avqust 2019, 20:17 İstanbul su altında: sel suları can aldı - VİDEO 17 Avqust 2019, 20:01 Yəmən qüvvələri Səudiyyə Ərəbistanında neft yatağına dronlarla zərbə endiriblər 17 Avqust 2019, 17:55 Ermənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər var 17 Avqust 2019, 17:34 Ucarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimir 17 Avqust 2019, 17:18 ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər 17 Avqust 2019, 16:59 Tərtər sakini həmkəndlisini maşınla vurub öldürdü 17 Avqust 2019, 16:42 Bakı Metropoliteni mülki işçi axtarır 17 Avqust 2019, 16:40 Fazil Mustafa Sərdar Cəlaloğluna: “Gülümsərovluq edən cahil...” 17 Avqust 2019, 16:30 Hollandiya şahzadəsi vəfat etdi 17 Avqust 2019, 16:06 Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib 17 Avqust 2019, 15:56 Bakıda tələbəni soyan şəxs tutuldu 17 Avqust 2019, 15:51 “Maaş artımı qiymət artımları üçün psixoloji şərait yaradır” 17 Avqust 2019, 15:30 Qəbələdə evli qadın ərindən bezdi, internetdə tanış olduğu Murada qoşulub qaçdı 17 Avqust 2019, 15:23 Paşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşır 17 Avqust 2019, 14:57 Narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb 17 Avqust 2019, 14:53 Bakıda magistralda avtomobil yanır, tıxac var 17 Avqust 2019, 14:42 Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb 17 Avqust 2019, 14:31 Xocəsən poçt şöbəsində hücum – yaralanan var 17 Avqust 2019, 14:16 Polisdən AÇIQLAMA: Nəzarətsiz uşaqların oğurlanması halları var 17 Avqust 2019, 13:54 Sentyabrda kirayə evlər bahaşacaq 17 Avqust 2019, 13:31