Arxiv
24 Noyabr 2009, 10:23 | MEDİA
Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

«Media əhvalatları» rubrikasında şahidi olduqları hadisələri həmkarlarımız Qalib İbrahimoğlu, Xalid Kazımlı, Aydın Bağırov və Orxan Rasifoğlu danışır.  

Qalib İbrahimoğlu, «Ekspress» qəzetinin redaktoru

 

«Ölü var, fakt var, vəssalam» 

- Əməkdaşımız Elman Malıyev Naxçıvanda baş vermiş ölüm hadisəsi ilə bağlı yazısında faktları qarışdırmışdı. Bıçaqla öldürülən oğlanın güllə ilə, hələ üstəlik, əmisi oğlu tərəfindən qətlə yetirildiyini yazmışdı. Oğlu öldürülən ata da bununla bağlı redaksiyamıza gəlib səs-küy salmışdı. Kişini ən çox narahat edən  oğlunun əmisi oğlu tərəfindən öldürülməsinin yazılması idi. Bir təhər onu sakitləşdirmişdik ki, birdən Elman Malıyev özünü otağa soxub «yaxşı eləyib yazmışam. Ölü var, fakt var, vəssalam» dedi. Oğlu öldürülən kişini od götürdü, təzədən hay-küyə başladı. Bu dəfə həm Elmanı, həm də qətlə yetirilən mərhumun atasını  sakitləşdirməli olduq.

 

Olmayan hadisədən yarım səhifəlik yazı

 

- Bir dəfə qəzetimizin kriminal şöbəsinin redaktoru Valeh müəllim kriminal yazarı Elman Malıyevi sınağa çəkmək istədi. Elə bizim yanımızda Elmanı çağırıb yalandan dedi ki, «bəs xəbərin var, Salyanda qətl hadisəsi baş verib. Ana balasını öldürüb». Elman da «bəli, xəbərim var» deyəndə, Valeh ondan bu informasiyanı yazıb gətirməsini xahiş etdi. Söhbətin üstündən yarım saat keçmişdi ki, Elman yazını gətirdi. Yazıda Salyan rayon Polis İdarəsinin rəisi də, qatilin qohumları da «danışmışdı». Elman olmayan hadisədən düz yarım səhifəlik yazı yazmışdı.     

 

 

Xalid Kazımlı, «Yeni Müsavat» qəzetinin redaktoru

 

«Uşaqlardan birinin başına elə vurublar ki, beyni dağılıb»

 

- 2003-cü ildə «Yeni Müsavat» qəzetində Fərəməz Allahverdiyevlə bağlı yazı getmişdi. Bu yazıya görə onun adamları redaksiyamıza hücum etmişdilər. O vaxt yumurta atmaq dəbdə olduğundan narazılar bizə yumurta atmağa başladılar. Həmkarlarımızdan  birinin başına yumurtanın ağı tökülmüşdü. Qəzetimizdə korrektor işləyən xanım əməkdaşımız hadisə baş verən zaman otaqlardan birinə keçərək bacısına zəng edib həyəcanla hadisəni danışır. Belə deyir: Uşaqlardan birinin başına elə vurublar ki, beyni dağılıb». Korrektor xanım yumurtanın ağının həmkarımızın beyni olduğunu düşünübmüş.

 

«Mafiyanın işidi» 

- Parlamentdən reportaj hazırladığım vaxtlar idi. Deputat Əhəd Abıyev iclasda müzakirə olunanlara dəxli olmayan məsələdən söz açdı. Dedi ki, ölkədə mafiya var, çətənə plantasiyaları becərilir və s. Yerdən başqa bir deputat Əhəd Abıyevə etirazını bildirdi. İki deputat arasında dialoq getdi. Biri mafiyanın olduğunu, o biri olmadığını iddia edirdi. Bu zaman Milli Məclisdə işıqlar söndü və hər yan qaranlığa qərq oldu, parlamentdə sakitçilik hökm sürdü. Jurnalist həmkarlarımdan birinin «baxın, mafiyanın işidi» deməsi həm bizim, həm də salonda oturan deputatların gülüşünə səbəb oldu.     

 

Aydın Bağırov, «525-ci qəzet»in redaktoru 

«Mən ədəbiyyatdan gedirəmeyyy, gəlmirəm»

 

- Bu yaxınlarda «GunAzTv»yə qocaman şairlərdən biri qonaq gəlir. Jurnalist şairə ədəbiyyata nə vaxt gəlməsi ilə bağlı sual verir. Şairin cavabı çox maraqlı olur:

- Rəhmətliyin nəvəsi, mən ədəbiyyatdan gedirəmeyyy, gəlmirəm.

 

 

«Partiya sədr»inin hədəsi 

- Zabil Müqabiloğlunun «525-ci qəzet»də işlədiyi vaxtlarda qəzetimizə təzə jurnalist gəlmişdi. Zabil daxili telefonla təzə jurnalistə «xoşgəldin» etmək istədi. Ona zəng edib, özünü hansısa partiyanın sədri kimi təqdim etdi, redaktorla danışdığını və informasiyanın qəzetində yerləşdiriləcəyini bildirdi. Sonra da bəyanatını oxudu, təzə müxbirimiz də yazdı. Axırda da «partiya sədri» sabah qəzeti alıb oxuyacağını bildirdi. Yenicə jurnalistikaya gələn oğlan həvəslə «partiya sədri»nin bəyanatını yazıb redaktora verdi. Redaktor da məsələnin nə yerdə olduğunu bilib təbii ki, informasiyanı verməmişdi. Sabahısı gün Zabil ssernarisini davam etdirdi. Xanım həmkarlarımızdan birindən xahiş etdi ki, daxili telefonla həmin müxbirə zəng edib dünənki «partiya sədri»nin katibəsi olduğunu və «sədr»in onunla danışmaq istədiyni desin. «Partiya sədri» telefonu götürən kimi, jurnalistdən niyə informasiyanın çıxmadığını soruşdu: «Bala, 60-70 yaşım var. Məni dolamısan? İnformasiyanı vermişəm, niyə çıxmayıb? Sən hələ məni yaxşı tanımırsan. İndi cangüdənlərimdən onunu yollayacam redaksiyanıza, başına itin oyununu açacaqlar».

Mən də başqa həmkarlarımla dəhlizdə dayanıb hadisəni müşahidə erdirdik. Bir də gördük gənc müxbir cəld otaqdan çıxıb «telefonda məni hədələdilər, evə gedirəm, soruşan olsa deyərsiniz ki, yoxam» deyib redaksiyadan götürüldü.

O, bir də 25 gündən sonra işə gəldi. Məsələnin ciddi olduğunu və onun bərk qorxduğunu görüb, zarafat barədə söz açmadıq. Bir də üstündən 3 il keçəndən sonra ona «sirr»i danışdıq. 

 

Orxan Rasifoğlu, «Reytinq» qəzetinin müxbiri

 

«Dünən danışdıqlarınızı girişdə yazarsız»

 

- Seymur Verdizadə «Reytinq»də gənc jurnalistlərin hamisi kimi tanınır. Bir gün redaksiyamıza bir qız gəlmişdi. Beynəlxalq Universititetin jurnalistika fakültəsində təhsil alırdı. Seymur ona «quş qripi» ilə bağlı mövzu verdi. Sonra bir-bir sualları yazdırdı. Lap axırda cümlə-cümlə yazının girişini dedi. Qız isə həmin vaxt kiməsə mesaj yazırdı. Buna görə də Seymur məcbur olub bir cümləni bəzən iki dəfə təkrar edirdi. Ertəsi gün qız hazırladığı yazını redaktə etmək üçün Seymura verdi. O, da kompüterin qarşısına keçib yazını açdı. Birinci cümləni oxuyanda gördü ki, dünən əziyyətlə dediyi girişdən bir cümlə də yoxdu. Qızdan yazıya niyə giriş yazmadığını soruşdu. Gənc müxbir də halını pozmadan belə cavab verdi:

- Seymur müəllim, dünən danışdıqlarınızı özünüz girişdə yazarsız də...

 

Mandatla çemodanı səhv saldı 

- Bakı Slavyan Universitetində təhsil alan bir qız «Reytinq»ə təcrübəyə gəlmişdi. Həmin vaxt millət vəkili Pənah Hüseyn Türkiyədə mandatını itirmişdi. Redaktorumuz Seymur Verdizadə qıza tapşırıq verdi ki, Pənah bəydən mandatını tapıb-tapmadığını öyrənsin. Xanım məndən Pənah Hüseynin ev telefonunu alıb, ona zəng etdi. Pənah bəy təxminən yarım saat danışdı. Seymur xanım əməkdaşımızın diktofondan köçürdüyü yazını redaktə edib, səhifəyə qoydu. Yazının həcmi yarım səhifəyə yaxın idi. Aradan üç-dörd gün keçdi. Bir gün həmin qız qəzetlərin birində Milli Məclisdən hazırlanmış reportajı oxuyanda üzünü Seymur Verdizadəyə tutub, təəcüblə dedi:

- Seymur müəllim, xəbəriniz var, Pənah Hüseyn deputat imiş…

Məlum oldu ki, bu xanım üç-dörd gün əvvəl yazını yazanda elə bilirmiş ki, mandat Azərbaycan dilində çemodan deməkdir. 

 

Hazırladı: Lalə MUSAQIZI

 

   

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaradağdakı ağır qəzada "BMW" yandı 5 İyun 2020, 01:02 Bakıda ad günü mərasimində karantin qaydaları pozuldu - VİDEO   5 İyun 2020, 00:54 Lotu Qulinin düşməni sabah azadlığa çıxır 5 İyun 2020, 00:46 Fransada 29 mindən artıq insan COVİD-19-un qurbanı oldu 5 İyun 2020, 00:36 İtaliya Kubokunda final matçının vaxtı açıqlandı 5 İyun 2020, 00:24 Emin Ağalarov koronaya yoluxub - Özü təsdiqlədi 5 İyun 2020, 00:06 Bakıda gənc özünü hərəkətdə olan avtomobildən yola atdı 4 İyun 2020, 23:48 Bakıda ər arvadını bıçaqlayıb 4 İyun 2020, 23:37 Azərbaycanla Serbiya münasibətləri müzakirə olundu 4 İyun 2020, 23:19 Şənbə günündən etibarən icaze.e-gov.az portalı yenidən işləyəcək 4 İyun 2020, 23:07 Müxalifət kütləvi etirazlara hazırlaşır 4 İyun 2020, 22:53 Bakıda tələbə qız intihar etdi 4 İyun 2020, 22:38 Türkiyədə son sutkada 21 nəfər koronavirusdan öldü 4 İyun 2020, 22:22 Ölkədə aparılan islahatlar yüksək qiymətləndirilir 4 İyun 2020, 22:08 “Ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur” - Prezident 4 İyun 2020, 21:45 Azərbaycanda rekord sayda COVID-19 testi aparıldı - FOTO 4 İyun 2020, 21:34 “Bugünkü könüllülər sabahın rəhbərləridir” - İlham Əliyev 4 İyun 2020, 21:24 “4 iyun Surət Hüseynov qiyamı”, yoxsa... - VİDEO 4 İyun 2020, 21:12 Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi dəyişdi 4 İyun 2020, 20:59 “Elektron məhkəmə sisteminin tətbiqi vətəndaşlar üçün əlavə imkanlar yaradacaq” - Deputat 4 İyun 2020, 20:50 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 4 İyun 2020, 20:35 “Hər bir vətəndaş həftə sonları üçün verilən qərara məsuliyyətlə yanaşmalıdır” - Deputat 4 İyun 2020, 20:27 Sumqayıtda 29 yaşlı qadın itkin düşüb - FOTO 4 İyun 2020, 20:17 Vahid Əhmədovdan əhaliyə ÇAĞIRIŞ 4 İyun 2020, 20:01 Həftə sonu dəfndə iştirak etmək üçün qaydalar açıqlandı - RƏSMİ 4 İyun 2020, 19:59 Kann festivalının seçimi üçün saxılanılan filmlərin siyahısı açıqlanıb 4 İyun 2020, 19:47 Prezident Türkiyə vətəndaşını “Dostluq” ordeni ilə təltif etdi 4 İyun 2020, 19:36 DSX Keşikçidağdakı təxribatla bağlı məlumat YAYDI 4 İyun 2020, 19:23 Ağalar Vəliyev Goranboyda seçicilərinə çağırış etdi - FOTO 4 İyun 2020, 19:16 Sərnişinlərin nəzərinə - Metro 2 gün işləməyəcək 4 İyun 2020, 19:09 Dövlət Miqrasiya Agentliyinin səlahiyyətləri məhdudlaşdırıldı 4 İyun 2020, 19:02 Bakı Nəqliyyat Agentliyindən sərt karantin rejimi ilə bağlı AÇIQLAMA 4 İyun 2020, 18:58 Azercell “Telegram Bot” xidmətini təqdim edib 4 İyun 2020, 18:47 Bakıya “baqaj”da keçmək istəyən sərnişin və sürücü həbs edildi - FOTO 4 İyun 2020, 18:36 TƏBİB-dən tibb müəssisələrinə: Xəstələr bir gün əvvəldən qəbul edilsin 4 İyun 2020, 18:28