Modern.az

Dmitri Medvedev: “Dağlıq Qarabağ danışıqları davam etdiriləcək”

Dmitri Medvedev: “Dağlıq Qarabağ danışıqları davam etdiriləcək”

Təhsil

1 Avqust 2011, 12:14

Rusiya prezidenti  münaqişənin həlli üçün aparılan danışıqları özünün “mənəvi borcu” hesab edir

Rusiya prezidenti Dmitri Medvedev Dağlıq Qarabağ danışıqlarının davam etdirilməsinin özünün “mənəvi borcu” olduğunu bildirib. Modern.az bildirir ki, bu barədə Rusiya prezidenti “The Business Year” jurnalının Azərbaycana həsr olumuş xüsusi buraxılışına müsahibəsində bildirib.

Medvedev qeyd edib ki, Azərbaycanla Rusiya arasında müxtəlif sahələrlə bağlı möhkəm əlaqələr mövcuddur. Qafaqazda sabitliyin saxlanılmasının mühüm olduğunu vurğulayan Medvedevin sözlərinə görə, bu məsələ Rusiya üçün çox mühümdür.

Medvedev Ermənistanda olan rus hərbi bazasının müddətinin uzadılmasına toxunaraq bu qərarın sülhün və sabitliyin təmin edilməsi ilə əlaqədar olduğunu açıqlayıb.

Rusiyanın vasitəçilik səylərinə toxunan D.Medvedev qeyd edib ki, onun iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin sayı tarixi səviyyəyə çatıb.
“Mən bu görüşlərdə əldə olunanlardan utancaqlıq hissi keçirmirəm. Çox mühüm görüşlər, diskussiyalar olub”-deyən prezident qeyd edib ki, danışıqların davam etdirilməsi ilə aparılan səylər nəticəyə gətirib çıxarır.

Rusiya prezidenti qeyd edib ki, Rusiya Minsk Qrupu çərçivəsində üzərinə götürdüyü öhdəliklərə cavab verməyə hazırdır. O qeyd edib ki, danışıqlar prosesinin davam etdirilməsi və dialoqun dəstəklənməsi Rusiyanın qonşuları qarşısında mənəvi borcudur. 

Medvedev Azərbaycan və Ermənistan prezidentləri arasında gələcəkdə də birbaşa dialoqun aparılması üçün vasitəçiliyə hazır olduğunu bildirib. O qeyd edib ki, danışıqlar prosesinin çətin məsələlərlə bağlı müzakirələrində iştirak etməyə hazırdır. Rusiya prezidenti danışıqlar prosesinin davam edəcəyini açıqlayıb.
“Rusiya öz üzərinə götürdüyü vasitəçilik öhdəliklərinə sadiq qalacaq”-deyə Medvedev bildirib.

Xaqani  SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü