Modern.az

Bakcell-dən Ramazan ayı sovqatı

Bakcell-dən Ramazan ayı sovqatı

Təhsil

1 Avqust 2011, 12:17

Müştərilərə maksimum ünsiyyət rahatlığını yaratmaq amalına sadiq qalan Azərbaycanın ilk mobil operatoru Bakcell şirkəti, ənənəvi olaraq təqvimin əlamətdar günlərinə uyğun kampaniyalar təqdim edir. Bu dəfə Bakcell müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar müştərilərə sovqat olaraq danışıqlara inanılmaz güzəştlər təklif edir. İbadət etmək, oruc tutmaq və yaxın insanların qayğısına qalmaq ayı sayılan bu mübarək ayda bir-birini ziyarət edə bilməyən ailə üzvləri və dostlar öz Ramazan xeyir-dualarını zəng vasitəsilə bir-birləri ilə bölüşə bilərlər. Bakcell-lə onlar sərfəli qiymətlərlə danışa bilərlər. 

Ramazan ayı boyunca 2.5 milyondan artıq abunəçisi olan Bakcell ailəsi bir-birilə 50% güzəştlə danışmaq imkanını qazanacaq. Bu təklif yalnız şəbəkədaxili zənglər üçün yararlıdır. Avqustun 1-dən etibarən avqustun 31-nə qədər bütün Bakcell abunəçiləri hər gün saat 21:00-dan səhər 8:00-a qədər Bakcell nömrələrinə zəng edərkən 50% güzəşt əldə edəcəklər. Bu güzəşt “Sevimli nömrələrə və “Mənim Ərazim” xidmətinə aid edilmir. Ramazan kampaniyasına qoşulmaq üçün 980 qısa nömrəsinə SMS göndərmək kifayətdir. Abunə haqqı 1.99 AZN təşkil edir. Şəbəkəxarici zənglərin qiyməti abunəçinin istifadə etdiyi tarif planına uyğun olaraq dəyişilməz qalır. 

Qeyd edək ki, Bakcell-in “Yatma, danış” kampaniyasının istifadəçiləri Ramazan kampaniyasına qoşularaq, hər iki kampaniyadan eyni zamanda yararlana bilərlər. Beləliklə, müştərilər axşam saat 21:00-dan 00:00-a qədər şəbəkədaxili 50% güzəştlə, 00:00-dan səhər 8:00-dək isə pulsuz danışa bilərlər. 

Bakcell Sizə ruzi-bərəkət, sevinc dolu və sağlam Ramazan ayı arzulayır. Bakcell ilə birgə yaxınlarınızla dualarınızı bölüşün və insanları birləşdirən bu ayda bir-birinizə daha yaxın olun!

Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı