Modern.az

21 polis generalı postu ilə vidalaşdı

21 polis generalı postu ilə vidalaşdı

Təhsil

1 Avqust 2011, 15:00

Rusiyada daxili işlər orqanlarında işləyən əməkdaşların attestasiyası başa çatıb. Modern.az “Rossiya 24” kanalına istinadən bildirir ki, bu barədə daxili işlər naziri Rəşid Nurqaliyev müsahibəsnidə deyib.  Nazir qeyd edib ki, rəhbər vəzifələrdə işləyən 327 generalla bağlı attestasiya prosesi aparılıb. Bu generallardan 21-i attestasiyadan keçə bilməyib.

Qeyd edək ki, martın 1-dən qüvvəyə minən “Polis haqqında” qanuna görə, daxili işlər orqanlarında yalnız attestasiyadan keçənlər işləyəcəklər.

İyun ayında prezident D.Medvedev sınaqdan keçməyən milis işçilərinin işə düzəlməsi ilə bağlı DİN-ə sərəncam verib. Bu sərəncam vəzifə cinayətlərində adı hallanmayan şəxslərə şamil ediləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir