Modern.az

Asif Ata ocağındakı mərasimdə evlad qəbulu olub

Asif Ata ocağındakı mərasimdə evlad qəbulu olub

1 Avqust 2011, 17:48

Avqustun 1-də  Asif Atanın Mütləqə İnam Ocağı “Ziyarətgah Günü” Mərasimini həyata keçirib. Mərasim Ocaqdaxili tədbir olduğu üçün yalnız Ocaqçıların qatqısı ilə gerçəkləşib. Bu barədə Modern.az-a Asif Ata ocağının yükümlüsü Göylü Atalı məlumat verib.
“Bu mərasim Ocaq təqvimi ilə 16-cı ildə Asif Atanın ruhani sənədi əsasında Soylu Atalının təşəbbüsü ilə başlayıb. Asif Atanın sağlığında mərasim onun yaşadığı evdə keçirilirdi. O vaxt ev mütləqə İnam Ocağının əlindən alındı. Ancaq Ocağın əməli, varlığı, gələcəyi böyük ideyalara bağlıdır. Bu səbəbdən də mərasim ləğv edilmədi, məna-məzmunu etibarilə qorundu, yaşadıldı, bu günə qədər də həyata keçirilir”-deyə bildirlib.
Ocaq yükümlüsü Soylu Atalı “Ev, ünvan nə qədər önəmli olsa da, Asif Ata daşdan-divardan ibarət deyil. O, yoldur, ideyadır. Daşı, divarı əlimizdən ala bilərlər, ancaq ideyanı, yolu heç kim əlimizdən ala bilməz”  deyərək Ocağın bütün qaydaları kimi bu mərasimi də qüvvədə saxlayıb.

Mərasim Ocağa evlad qəbulu ilə başlayıb. İnamlı Atalının “Rica”sı dinlənilib. Sonra Ocaq yükümlüsü Soylu Atalı tərəfindən advermə sənədi oxunaraq Ocağa təqdim edilib.

Bundan sonra mərasimin gedişatı məzmununa uyğun olaraq davam edib. “Ocaq və dünya”, “Sabahımız” məzmununda düşüncələr dilə gətirilib. Görülən və görüləcək işlər dəyərləndirilib.


Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü