Modern.az

Almaniyaya köçdüyü iddia edilən Xaləddin İsgəndərov Goranboydadır

Almaniyaya köçdüyü iddia edilən Xaləddin İsgəndərov Goranboydadır

3 İyun 2018, 16:42

Ölkə prezident İlham Əliyevin bu il mayın 17-də imzaladığı sərəncamla Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Xaləddin İsgəndərovun Almaniyaya köçdüyünə dair məlumatlar yayılıb.

 

Modern.az-ın X.İsgəndərovun yaxın çevrəsindən aldığı məlumata görə, sabiq icra başçısının Almaniyaya köçməsi xəbərləri yalandır. Mənbəmiz bildirir ki, X.İsgəndərov vəzifədən azad ediləndən doğulduğu Goranboy rayonunun Xanqərvənd kəndinə üz tutub. Sabiq başçı kənddə olduğu müddətdə ailə üzvləri  Bakıda qalıb. X.İsgəndərov dünənə qədər kənddə olub, bu gün isə Bakıya qayıdıb.

 

Mənbəmiz qeyd edir ki, sabiq başçının ölkəni tərk etməsi üçün ciddi səbəb yoxdur. “Əgər həmin səbəb olsa belə, yuxarı dairələr onun Azərbaycandan çıxışına imkan verməz”.

Daha ətraflı məlumat almaq üçün X.İsgəndərovla əlaqə saxlamağa çalışsaq da, sabiq başçı telefonu açaraq, “səhv düşmüsüz” deyib və qapadıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı