Modern.az

Doku Umarov qatar partlayışını öz üzərinə götürüb

Doku Umarov qatar partlayışını  öz üzərinə götürüb

2 Dekabr 2009, 19:01

Moskva-Sankt-Peterburq sürət qatarında baş vermiş partlayışa görə məsuliyyəti “Qafqaz mücahidləri” çeçen hərbi qruplaşması öz üzərinə götürdüyünü bəyan edib. Qrup bu bəyanatla dekabrın 2-də özlərinə məxsus saytların birində çıxış edib. Bəyanatda bildirilir ki,  bu terror aktı Rusiyanın strateji obyektlərinə vurulması planlaşdırılan əməliyyatların tərkib hissəsidir.  Mücahidlər bildiriblər ki, onlar partlayışı Çeçenistanın səhra komandiri Doku Umarovun əmri ilə  törədiblər.  

 

Bəyanatda çeçen döyüşçüləri bildiriblər: “İşğalçılar Qafqazda dinc müsəlman əhalisini qırmağa yönəıldilmiş siyasətlərini dayandırmasalar, belə terror aktları davam edəcək”.

 

Çeçenistanın Daxili İşlər Nazirliyi isə ekspress qatarındakı partlaıyışı Doku Umarovla bağlmaq cəhdini cəfəngiyyat adlandırıb.  DİN rəsmisi İTAR-TASS agentliyinə açıqlamasında bildirib ki, bu bəyanatla Doku Umarov diqqəti özünün mövcudluğuna cəlb etmək istəyib. “İndi Umarovun yanında kiçik hərbi qruplaşma var.  O,  dağıdılmış qruplara belə əmrlər verə və onları koordinasiya edə bilməz. Umarov hətta rabitəyə belə çıxmağa cəsarət etmir”-deyə nazirlik rəsmisi deyib.

DİN rəsmisi qeyd edib ki, buna baxmayaraq hərbi qruplaşmanın bu bəyanatı araşdırılacaq.

Federal təhlükəsizlik qüvvələri isə sənədi şərh etməkdən imtina ediblər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir