Modern.az

SOCAR-dan ETİRAZ: Loqodakı rənglərlə Azərbaycan bayrağı eyniləşdirilməməlidir

SOCAR-dan ETİRAZ: Loqodakı rənglərlə Azərbaycan bayrağı eyniləşdirilməməlidir

27 İyun 2018, 14:16

“Əvvəla bunu qeyd edim ki, SOCAR üçün Azərbaycan Respublikasının dövlət bayrağı ən ülvi dəyərlərin rəmzidir və onun hər hansı şəkildə həqarətə məruz qalması şirkət üçün qəbulolunmazdır”.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov sosial şəbəkələrdə Azərbaycan bayrağının əks olunduğu SOCAR loqosunun zibil qutularının üzərinə vurulması ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.

 

İ.Əhmədov qeyd edib ki, SOCAR müxtəlif ölkələrin bazarlarında Azərbaycana mənfəət gətirən qlobal şirkət kimi fəaliyyət göstərir:

 

“SOCAR-ın loqosunda istifadə olunan rənglərdə Azərbaycana kinayə olsa da, şirkətin loqosunu dövlət bayrağı ilə eyniləşdirmək düzgün deyil. Həm loqodakı rənglər Azərbaycanın dövlət bayrağının rəsmi rəng palitrasından bir qədər fərqlidir, həm də dövlət bayrağımızda olan digər (aypara və ulduz kimi) zəruri elementlər SOCAR loqosunun üzərində yoxdur. Buna görə SOCAR-ın loqosu Azərbaycanın dövlət bayrağı ilə eyni mahiyyət daşımır. Əgər məsələn, xarici bir müştəri üzərində SOCAR loqosu olan bir kuponu zibil qutusuna atarsa, bu Azərbaycan bayrağına qarşı hörmətsizlik ifadəsi olmaz, çünki loqo üzərindəki rəsm Azərbaycanın rəsmi dövlət bayrağı ilə eyni deyil”.

 

SOCAR rəmisi deyib ki, yanacaqdoldurma məntəqələrində qutuların üzərində şirkətin loqosunun yerləşdirilməsinə gəldikdə isə bu İsveçrədə bir qayda olaraq, digər şirkətlər tərəfindən də tətbiq olun standart praktikadır:

 

“İsveçrədə bu qayda şirkətə qarşı həqarət sayılmır, əksinə şirkətin ətraf mühitin qayğısına qalmasının rəmzi kimi anlaşılır. Beləliklə, SOCAR İsveçrədə Esso şirkətinin YDM-ni əldə etməklə sadəcə ölkədəki mövcud standart qaydalara əməl edir və Azərbaycanın dövlət rəmzlərinin təhqir olunmasına qətiyyən yol vermir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir