Modern.az

Parlament noyabrın 22-də 2012-ci ilin büdcəsini müzakirə edəcək

Parlament noyabrın 22-də 2012-ci ilin büdcəsini müzakirə edəcək

Parlament

21 Oktyabr 2011, 13:51


Modern.az
saytının xəbərinə Milli Məclisdə 2012-ci ilin büdcə zərfinə daxil olan sənədlərin müzakirəyı çıxarılacağı iclasın tarixi də məlum olub. Milli Məclisdən Modern.az saytına bildirilib ki, büdcə müzakirələrinə həsr olunacaq iclas noyabrın 22-də keçiriləcək.

Qeyd edək ki, büdcə layihəsi ilə bağlı sənədlər artıq deputatlara paylanıb, millət vəkilləri hazırda həmin  sənədlərlə tanış olurlar.

Maliyyə Nazirliyi 2012-ci ilin büdcə layihəsini mətbuat vasitəsilə ictimai müzakiyə də təqdim edib.

2011-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 554,2 mln. manat, xərcləri isə 15 941,2 mln. manat həcmində təsdiqlənib. Büdcədə neftin baza qiyməti 80 dollar/barel səviyyəsində götürülüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır