Arxiv
29 Oktyabr 2018, 08:57 | FOTOSÖHBƏT
Deputat Vahid Əhmədovla FOTOSÖHBƏT

Modern.az saytı Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovla FOTOSÖHBƏT layihəsini təqdim edir. 


Vahid Qazməmməd oğlu Əhmədov 2 aprel 1947-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində dünyaya gəlib. Ailədə 9 uşaq olublar.

1965-ci ildə Qonaqkənd orta məktəbini qızıl medalla bitirib. 1965-1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb, mühəndis-energetik ixtisasına yiyələnib.

1989-1992-ci illərdə Almaniyada Bonn Menecment İnstitutunu bitirərək, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülüb.

1967-1971-ci illərdə Bakıdakı Şmidt maşınqayırma zavodunda fəhlə, sex ustası, sex rəisi vəzifələrində çalışıb.

1971-1972-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra, yenidən maşınqayırma zavoduna qayıdaraq, orada 1972-1977-ci illərdə sex rəisi vəzifəsində işləyib. 1977-ci ildə Bakı Radio zavoduna keçərək orada sex rəisi, istehsalat şöbəsinin rəisi vəzifələrində əmək fəaliyyətini davam etdirib.

1981-1983-cü illərdə Bakı Dəzgahqayırma İstehsalat Birliyində baş mühəndis vəzifəsində çalışıb.

1983-1986-cı illərdə "Bakı fəhləsi" adına maşınqayırma zavodunun, 1986-cı ildə Keşlə maşınqayırma zavodunun, 1989-cu ildə "Bakneftmaş" İstehsalat Birliyinin baş direktoru olub.

1980-ci illərin sonlarında Azərbaycan Kommunist Partiyası Nizami rayon təşkilatnın büro üzvü seçilib.

1991-ci ildə Azərbaycanın Müstəqillik Aktının hazıqlanmasında iştirak edib, Azərbaycanın müstəqilliyinin lehinə səs verən 43 “istiqlalçı deputatlar”dan biri olub. 

Azərbaycan Prezidentinin 23 aprel 1992-ci il tarixli, 694 nömrəli Fərmanı ilə Baş nazirinin müavini təyin edilib. 16 may 1992-ci ildə həmin vəzifədən azad edilərək, Baş nazirin birinci müavini təyin edilib. 18 may 1992-ci ildə həmin vəzifəyə yenidən təsdiqlənib. 29 aprel 1993-cü ildə də yenə həmin vəzifəyə təsdiqlənib.
Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1993-cü il tarixli, 56 nömrəli Fərmanı ilə Baş nazirin birinci müavini vəzifəsindən azad edilib.

1990-cı ildə Bakı şəhərinin Nizami rayonu 53 nömrəli "Gənclik" seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat, 2005, 2010 və 2015-ci illərdə isə 52 saylı Quba seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilib.
Hazırda Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

Vahid Əhmədov texnika doktoru, 300-ə yaxın elmi məqalənin müəllifidir. Müəllifi olduğu 72 səhifəlik "Sahibkar-menecment" kitabı 2000-ci ildə Bakıdakı "Qanun" nəşriyyatında Azərbaycan dilində nəşr olunub.

33 yaşında ailə həyatı qurub. İki övladı - 1 oğlu və 1 qızı var. Övladlarının hər ikisi hüquqşünasdır.

“Şöhrət” ordeni ilə təltif olunub.



Bu şəkil orta məktəb illərində çəkilib. Sinif yoldaşlarımızla birlikdə “1 May”ı qeyd etmək üçün Təngə dağına gəzməyə çıxmışdıq. Soldan birinci mənim ən yaxın dostum Adildir. Ondan sonrakı sinif yoldaşım Heydər, mən və məndən sağdakı isə Mehdidir.

Yenə sinif yoldaşlarımızla çəkilən şəkil. Çox güman ki, 1964-65-ci illərə aiddir. Soldan Fəxrəddin, mən, Mehman və Adil. 

Göründüyü kimi, əsgərlik illərində çəkilən şəkildir. Mən hərbi xidmətimi 1971-1972-ci illərdə Kiyevdə çəkmişəm. Şəkildəki əsgər yoldaşlarım arasında başqa ölkələrdən olanlar da var.

Qaldığım yataqxanada. Tələbəlik illərim idi. Yadımdadır ki, imtahan ərəfəsi idi və çertyoj çəkirdim. 

Leytenant Şmidt adına zavodda Sex rəisi olduğum illərə aiddir. Mənim iş otağım bu cür idi.

Bu şəkil Şmidt zavodunda çəkilib. Ətrafımdakılar zavodda çalışan işçilərdir. Şəkilin çəkildiyi il dəqiq yaddaşımda qalmayıb. 


Zavodda sex rəisi çalışdığım illər. 70-ci illərin ortaları olmalıdır...

Leytenant Şmidt zavodunun direktoru Bəxtiyar müəllimlə. Amma bu şəkil çəkilən illərdə o hələ rəhbər deyildi. 



Gənclik illərindən daha bir xatirə... Sənəd üçün çəkilmiş çəkil...

1989-1992-ci illər... Almaniyanın Bonn şəhərində çəkilib. Qara kostyumlu, qalstuklu olan mənəm. Ətrafımdakılar isə müxtəlif ölkələrdən gələn qrup yoldaşlarımdır. Həmin vaxt bütün SSRİ-dən 49 nəfəri seçib, Almaniyaya bazar iqtisadiyyatı üzrə oxumağa göndərmişdilər. İki qrupa ayrılmışdıq. Həmin illər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin alovlandığı dövr idi. Ona görə, qrupları elə təşkil etmişdilər ki, biz ermənilərlə birlikdə deyildik. Azərbaycanlıların olduğu qrup səhər, ermənilərin olduğu qrup isə günorta Bonn Menecment İnstitutuna gəlirdi. Beləliklə, narazılıq yaranmırdı. Bu qərar SSRİ Nazirlər Kabinetinə aid idi. Biz Almaniyada təhsilimizi davam etdirən vaxt SSRİ dağıldı.


Həyat yoldaşımla ailə qurduğumuz il çəkilən şəkil - 1979... 



Xanımımlabirlikdə... O zaman hələ gənc vaxtlarımız idi...


Həyat yoldaşım və oğlumla birlikdə Moskvada. 


Bu şəkil təxmini 1984-85-cı illərdə çəkilib. Heydər Əliyev SSRİ Ali Sovetinə deputatlığa namizəd kimi, zavoda seçiciləri ilə görüşə gəlmişdi. 

1985-86-cı illər... Heydər Əliyev, Kamran Bağırov, Fuad Musayev və digər rəhbər şəxslər bizim zavodda...



İşdən sonra... Oğlumla birlikdəyəm.

Keçmiş prezident Əbülfəz Elçibəylə Türkiyədə görüşlərin birində çəkilib. 1992-ci ilə aid olmalıdır. Mən o zamanlar Baş nazirin birinci müavini idim.


Moskvada Sovet İttifaqı Kommunist Partiyasının qurultayına qatılan Azərbaycan nümayəndə heyəti ilə birlikdə. 

Bu şəkil İraqda çəkilib. Azərbaycan nümayəndə heyəti ilə birlikdə İraq prezidenti Səddam Hüseynin doğum gününə getmişdik. Yadımdadır ki, həmin vaxt Bağdadda bütün məscidləri və imamların qəbirlərini ziyarət etmişdik. 



Almaniyada rəsmilərlə görüş zamanı çəkilən bir şəkil. Əlini uzadan, eynəkli adam Almaniyanın iqtisadiyyat naziri idi. Sağ tərəfdə, mənim yanımda dayanan isə Azərbaycanın Almaniyadakı səfiri Hüseynağa Sadıqovdur. 

Məktəb illərindən bəri dostluq etdiyim Adil Ramazanovla birlikdə.

Quba sakinləri ilə görüş. Mən ortada dayanmışam, sağ tərəfimdəki isə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadədir.


Deputat seçkisi kampaniyası ərəfəsində Qubada ən yaşlı sakinlə görüşdən. 


Nəvəmlə birlikdə. Qubanın Qəçrəş kəndində istirahət vaxtı çəkilib. 


Deputatın iş otağından...

Ailə üzvlərimizlə birlikdə. Şəkil 2008-ci ilə aiddir. Mən, həyat yoldaşım, gəlinimiz, oğlum və qızım... Övladlarımın hər ikisi hüquqşünasdır.

Yenə Qubada, Qonaqkənddə çəkilən şəkillərimdən biri. Təxmini 2007-2008-ci illər olacaq. Təngə dağının ətəyindəyik. Yadımdadır ki, dağa Qaçaq Mayılın mağarasına baxmaq üçün çıxmışdıq. Bizdən sağda bir səmtdə həmin mağara olmalıdır. Ortada, gümüşü kostyumda mənəm, sağ tərəfimdəki isə kiçik qardaşım Rasim.



Qubada. Dostlarımızla istirahətdə...


Oğlum və mən...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25