Arxiv
20 Noyabr 2018, 17:15 | AKTUAL
Əli Əhmədov: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində böyük islahatlar keçirilir”

“Azərbaycan hökümətinin hədəfi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsini gücləndirməkdir. Hökumətimiz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu hədəflərini dəqiqliklə həyata keçirmək üçün bu layihəni həyata keçirməyi nəzərdə tutublar”

 

Modern.az  xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, "e-sosial" internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimat mərasimində baş nazirin müavini Əli Əhmədov deyib.

 

Baş nazirin müavini bildirib ki, Azərbaycan hökümətinin başlıca məqsədi insanların rifahını yaxşılaşdırmaq, ehtiyacı olanlara dövlət qayğısını daha da artırmaq və hər bir insana layiqli həyatın təmin edilməsi üçün bütün lazımi şərtləri təmin etməkdən ibarətdir.

"Bütövlükdə dünyamızın 2030-cu ilə qədər dəyişməsini nəzərdə tutan 17 məqsədin qayəsi bundan ibarətdir. İnsanlar daha yaxşı yaşasın, ehtiyacı olanların hər birinə lazımı yardımlar edilsin və heç kim qayğıdan kənar qalmasın. Bu mənada Azərbaycan hökümətinin həyata keçirdiyi siyasəti bu məqsədlərə uyğun gələn və bu məqsədlərdən qaynaqlanan bir fəaliyyət hesab etmək mümkündür. Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən işlər insanların həyatının yaxşılaşdırılmasına xidmət edir".

Ə.Əhmədov bildirib ki, son illərdə Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində böyük islahatlar həyata keçirilir. "Bu islahatların məqsədi sosial təminata ehtiyacı olanları ehtiyacların daha yaxşı ödənilməsi və onlara göstərilən qayğının şəffaf və səmərəli şəkildə həyata keçirilməsinə xidmət göstərirdi. Güman edirəm ki, bütün işlərin öhdəsindən nazirlik layiqincə gələcək. İslahatlar ardıcıllıqla reallaşdırılacaq. Hədəf əldə edilmiş olacaq.

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) adı alan xidmət ehtiyacı olan insanlara daha yaxşı xidmətin təmin edilməsi məqsədini güdür".

Onun sözlərinə görə, DOST insanlara lazımı xidmətin göstərilməsi sosial siyasətin qayəsini müəyyənləşdirir. "Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hökümətin hədəflərinə dəqiqliklə müəyyənləşdirmək üçün layihəni düşünüb və uğurla həyata keçiriləcək. Bu layuhənin həyata keçirilməsində məqsəd hökümətin müəyyənləşdirdiyi sosial siyasəti daha da təkmilləşdirmək və insanlara daha yaxşı xidmətin göstərilməsinə nail olmaqdan ibarətdir. 

İkincisi bu sahədə şəffaflığın təmin edilməsi ilə əlaqədardır. Üçüncüsü bu sahədə çətin daha yaxşı təşkil olunmasına ehtiyacı olan insanlar çoxluq təşkil edir. Yaşlılar pensiya alanlar, fiziki qüsuru olan insanlar, əlillər- hamısına xidmətin elə şəkildə təmin olunmasına ehtiyac olunmasına ehtiyac var ki, xidməti asanlıqla əldə etsinlər və çətinlik çəkməsinlər. Bu xidmət Azərbaycanda populyarmış Asan xidmətin analoqunu çevrilə biləcək. Qarşıya qoyduğu xidmətləri Asan xidmətdə olan kimi reallaşdıra biləcək. Bu tədbir layihə uğurla həyata keçiriləcək, özünə layiqli yer tuta biləcək və sosial qayğıya ehtiyacı olan insanlara tərəfindən seviləcək".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfə verib 5 mart 2021, 11:20 Daha bir vəzifəli şəxsin işi məhkəməyə verildi 5 mart 2021, 11:17 İlham Əliyev YAP-ın qurultayında çıxış etdi 5 mart 2021, 11:10 Əfv Komissiyası sabah toplanır - daha 4 iclas qalıb - AÇIQLAMA 5 mart 2021, 11:04 Əşrəf Qənidən İlham Əliyevə təbrik: “Atanız da sizinlə fəxr edərdi” 5 mart 2021, 10:58 Ermənistanda daha 7 nəfər koronavirusdan öldü 5 mart 2021, 10:52 Ötən gün cinayət törədən 40 nəfər saxlanıldı 5 mart 2021, 10:46 Füzulinin Yuxarı Rəfədinli kəndi - VİDEO 5 mart 2021, 10:41 Fermerlər Goranboyda toplandı 5 mart 2021, 10:37 4 qazimiz sağalaraq Vətənə QAYITDI 5 mart 2021, 10:31 Azərbaycanda qarölçmə işlərinə başlanıldı 5 mart 2021, 10:25 Azərbaycanın Vətən Müharibəsi Qazaxıstan TV-nin ekranında 5 mart 2021, 10:20 Ağdərədə 2 erməni hərbçinin qalıqları TAPILDI 5 mart 2021, 10:17 BirKart sahibləri daha 20 AZN qazanacaqlar 5 mart 2021, 10:12 ABŞ Britaniya ilə Moskvaya yeni sanksiyalar HAZIRLAYIR 5 mart 2021, 10:06 Bu siniflərin şagirdləri üçün milli qiymətləndirmə başladı 5 mart 2021, 10:00 Birgəyaşayışın azərbaycan modeli 5 mart 2021, 09:55 YAP-ın növbədənkənar qurultayı başlayır - FOTOLAR 5 mart 2021, 09:50 Kolleclərə qəbulla bağlı yeni model  - RƏSMİ  5 mart 2021, 09:45 Koçaryanı dəstəkləyən Moskvanın Azərbaycanla bağlı bədnam planları - ŞƏRH 5 mart 2021, 09:40 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 5 mart 2021, 09:36 Manatın dollara qarşı məzənnəsi 5 mart 2021, 09:32 Hövsanda itkin düşən məktəbli qız tapıldı 5 mart 2021, 09:28 Binəqədidə köçkün yataqxanası yanıb 5 mart 2021, 09:26 Bizimkilər - Ukraynada çalışan azərbaycanlı jurnalist: “Xaricdə Azərbaycanı təmsil etmək böyük məsuliyyətdir” 5 mart 2021, 09:22 Buraxılış imtahanında açıq test tapşırıqlarından istifadə olunmayacaq 5 mart 2021, 09:16 Azərbaycan nefti BAHALAŞDI 5 mart 2021, 09:10 Hulusi Akar helikopter qəzasının ilkin səbəbini AÇIQLADI 5 mart 2021, 09:05 Regionda əməkdaşlıq prinsiplərinə hörmət vacibdir 5 mart 2021, 09:00 ABŞ konqresmeni ermənilərin Xocalıdakı qətlləri ilə bağlı bəyanat yaydı 5 mart 2021, 08:52 “Deyirlər ki, bəs səni niyə deputat seçmişik?!” - MÜSAHİBƏ 5 mart 2021, 08:45 Zakir Həsənov Hulusi Akara və  Yaşar Gülerə başsağlığı verdi 5 mart 2021, 08:30 Mübariz Mənsimov bu gün məhkəməyə çıxarılır - İş adamı azadlığa çıxa bilər 5 mart 2021, 08:08 ÜST Uhandakı araşdırmalarla bağlı məruzəni açıqlamaqdan imtina etdi 5 mart 2021, 01:00 ABŞ-da Corc Floyd adına qanun layihəsi qəbul edildi 5 mart 2021, 00:54