Arxiv
27 Noyabr 2018, 15:53 | MEDİA
Lahıc və onun dili

Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu rəngarəng milli-mədəni mühitin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb.


Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Tarixin bütün dövrlərində ölkəmizdə bu gün multikulturalizm adlandırdığımız sosial münasibətlərin mövcudluğu və davamlılığını şərtləndirən dinc birgəyaşayış ənənəsini, qarşılıqlı hörmət və ehtirama söykənən köklü münasibətləri örnək göstərə bilərik. Bunun nəticəsidir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikultralizm ili” elan olundu.


Hazırda Azərbaycan ərazisində bir çox etnik qruplar mövcuddur. Onlardan biri də Böyük Qafqazın ətəyində, Girdiman çayının sahilində, Babadağ və Niyaldağ silsilələrinin əhatəsində yerləşən Lahıcdır. 1500 illik tarixi olan qəsəbənin yaradılması III-VII əsrlərə aid edilir. Bakıdan 275, İsmayıllıdan 36 km məsafədə yerləşən Lahıcın əhalisi rayonda məskunlaşmış azsaylı xalqlar arasında sayca çoxluq təşkil edir. Yerləşdiyi coğrafi mövqeyi və qədim tarixi kökləri baxımından Lahıc olduqca cəzbedici ərazidir.


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü və təşkilatçılığı ilə İsmayıllının Lahıc qəsəbəsində olduq. Belə düşünülmüşdü: ötən ilin payızında Bilik Fondu və BDU-nun Jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə yaradılmış “Gənc jurnalistlər” Klubunun “Tədrisdən təcrübəyə” təlim kursunun iştirakçıları İsmayıllı rayonuna səfər edəcək, bu füsünkar məkanın tarixi yerlərini gəzəcək, gördükləri, öyrəndikləri əsasında yazılar hazırlayacaqlar.  


Əsrarəngiz təbiətə, qədim köklərə əsaslanan tarixə və fərqli mədəniyyətə sahib olan Lahıc bizi özünə heyran etdi. Ən xırda daş parçası belə, özündə əsrlərin tarixini yaşatdığından nəzərlərimizi üzərinə cəmləyirdi.


Qəsəbə ilə ilk tanışlıqdan burada yaşayan tat xalqının dili və əlifbası haqqında yazacağıma qərar verdim. İsmayıllı ərazisində tarixən mövcudluğu sübuta yetirilmiş Girdiman knyazlığında əhalinin əksər hissəsinin irandilli olduğu müxtəlif alimlərin əsərlərində də təsdiqini tapıb. Azərbaycan tatlarının dili A.L.Qrünberq, B.V.Miller, V.S.Sokolova, M.İ.Hacıyev, T.M.Əhmədov və digər alimlər tərəfindən tədqiqata cəlb olunub. Tat dilinin yəhudi ləhçəsini tədqiq edən Vs.F.Miller müsəlman tatlarının dili ilə də maraqlanarkən yalnız Lahıc ləhcəsi ilə dərindən məşğul olub. O, 1903-cü ildə Krımda istirahət etdiyi günlərdə Bakı Texniki Məktəbinin tələbəsi lahıclı Ağabala Canbaxşıyevlə tanış olub və ondan bəzi məlumatlar alıb. Sonralar bu qeydlər onun “Tat etüdləri” əsərinin meydana gəlməsində əsas rol oynayıb.


XX əsrin 20-ci illərində tatların məskunlaşma tarixini araşdırmağa başlayan professor B.Miller onları dini mənsubiyyətinə görə fərqləndirib və müsəlman, xristian, yəhudi olmalarına əsasən 3 qrupa ayırıb. Müsəlman tatlarının böyük bir hissəsi hazırda Lahıc qəsəbəsində yaşayır. Onlar özlərini “lahıc”, dillərini isə “lahıc dili” adlandırırlar.


Başqa fikirlər də var. Rəvayətə görə, tatlar IV əsrdə Sasanilər tərəfindən Azərbaycan ərazisinə etnik dayaq yaratmaq məqsədi ilə köçürülmüş irandilli əhalinin nəslindən olanlardır. Bu əhalinin özünəməxsus dili və əlifbası mövcuddur. Tat dili fars dilinə yaxın olmaqla Hind-Avropa dil ailəsinin İran dil qrupuna aid edilir.


Tarixin dərinliklərinə getmək tarixçilərin işidir. Biz tələbəyik. Yazdıqlarım internet vasitəsilə kiçik araşdırmanın nəticəsidir. Lahıcda olanda sakinlərlə ünsiyyətim zamanı onların hansı dildə danışdığını öyrənmək marağım belə bir yazını hazırlamağıma səbəb oldu. Dərin araşdırmaları tarixçilərin öhdəsinə buraxaraq, yazımı elə lahıc dilindəki atalar sözü ilə bitirirəm: "El boği, söhbət boği" - Saxla samanı, gələr zamanı.

 


Nəzrin Kərimova

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondu “Gənc jurnalistlər” Klubunun üzvü                                       

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Britaniyada koronavirusun “Braziliya ştammı” aşkarlandı 1 mart 2021, 01:00 DİM bu gün “GRE: General Test” imtahanı keçirəcək 1 mart 2021, 00:54 “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar” - Serj Sarkisyan 1 mart 2021, 00:48 ÜST koronavirusla bağlı son statistikanı açıqladı 1 mart 2021, 00:36 Türk xüsusi qrupunun Ermənistana sızması barədə şayiələr təkzib edildi 1 mart 2021, 00:24 Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açdı 1 mart 2021, 00:10 Gəncədə iki gənc qadın dəm qazından zəhərləndi 28 Fevral 2021, 23:55 Rusiya Müdafiə Nazirliyindən Qarabağ AÇIQLAMASI 28 Fevral 2021, 23:41 Tramp yeni partiya yaradır? 28 Fevral 2021, 23:30 Fransa Xocalı soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər - “Atlantico” nəşri 28 Fevral 2021, 23:17 Gəncədə ev yandı 28 Fevral 2021, 23:03 “Stenford Bric”də qolsuz heç-heçə 28 Fevral 2021, 22:50 Öldürdüyü insanın ürəyindən yemək hazırladı - FOTO 28 Fevral 2021, 22:41 Samuxda iki nəfər bıçaqlandı 28 Fevral 2021, 22:28 Ermənilər mülki azərbaycanlıları bir-birilərinə bağlayıb, yandırıblar - VİDEO 28 Fevral 2021, 22:19 “Fənərbaxça” çətin səfərdən 3 xalla döndü 28 Fevral 2021, 22:08 Şirvanda maşın yandı 28 Fevral 2021, 21:59 Qarabağda döyüşən Fransa vətəndaşları barədə istintaq başlanıb 28 Fevral 2021, 21:48 İrandan 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası 28 Fevral 2021, 21:33 Şarl Mişel Gürcüstana gəldi 28 Fevral 2021, 21:19 Teledərslərin sabaha olan CƏDVƏLİ 28 Fevral 2021, 21:06 “Meyvəli” bazarında yanğın 28 Fevral 2021, 20:55 “Arsenal” səfərdə qalib gəldi 28 Fevral 2021, 20:40 Bərdədə ağır qəza - 2 ölü, 3 yaralı var - FOTO 28 Fevral 2021, 20:34 Paşinyan Sarkisyana qarşı: “Prezidentin qərarı anlaşılmazdır”   28 Fevral 2021, 20:25 Messinin “Barselona” ilə bağlı gələcək planları açıqlandı 28 Fevral 2021, 20:12 Müdafiə Nazirliyi Xocavəndin Çiraquz kəndinin videogörüntülərini yaydı 28 Fevral 2021, 20:01 Dələduzluqda ittiham olunan prokurorluq əməkdaşı hakim qarşısına çıxacaq 28 Fevral 2021, 18:10 Yəməndə partlayış: Ölən və yaralananlar var 28 Fevral 2021, 18:04 Yunanlar xəzinə axtarışına çıxdı 28 Fevral 2021, 17:51 Paşinyanın fraksiyası Prezidentə qarşı impiçment proseduruna başlayır 28 Fevral 2021, 17:40 Prezidentin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırıldı 28 Fevral 2021, 17:30 Gürcüstanda sürücülər yanacağın balaşmasına etiraz etdi - Aksiya 28 Fevral 2021, 17:25 Saakaşvili Kutaisidəki etirazçılara dəstək verdi 28 Fevral 2021, 17:19 "Onların missiyası xəyanətdir" - Deputat "5-ci kalon"dan DANIŞDI 28 Fevral 2021, 17:02